Çin snayperlərinin istənilən rəqibi öldürə biləcək silahları var?

2019/11/RTXYZ-1573127190.jpg
Oxunub: 586     17:30     07 Noyabr 2019    
ABŞ Quru Qoşunları Rusiyanın yeni nəsil dəqiq tüfəngləri və taktikalarından narahat olsa da, Çinin də bu sahədə ciddi nailiyyətlər əldə etdiyini unutmaq olmaz. 1980-ci illərdə Çin praktiki olaraq Sovet İttifaqı ilə eyni ləvazimatı istifadə edirdi. Müasir dövrümüzdə onlar qismən müxtəlif növ ləvazimatlardan, NATO kalibrləri ilə uyğun gələn tüfənglərdən istifadə edirlər. Çinin eyni əsasdan gələn dəqiq tüfənglərinin inkişafının haçalanması doktrina üzrə aparılan kiçik çaplı silahların inkişafı ilə maraqlı paralellik təşkil edir.

1980-ci illərdə Çin Xalq Respublikası və Sovet İttifaqı eyni snayper tüfənglərindən istifadə etsələr də, qərbdə “markslıların tüfəngləri” kimi adlandırılan bu tüfənglər daha dəqiq olmalı idi. Sovet İttifaqı qazla çalışan 7,62x54R tüfəngindən istifadə edirdi. Tüfəng 10 gülləli patron qutusuna sahib idi və 800 metr effektiv zərbə radiusu var idi. Münasib snayper mərmisi ilə SVD 1-2 dərəcəlik dəqiqliyə nail ola bilərdi. Çin-Vyetnam müharibəsi ərzində ələ keçirilən nümunələrdən sonra Çin SVD-nin klonunu yaradaraq, onu əvvəlcə “Type 79”, daha sonra isə bir qədər də təkmilləşdirərək “Type 85” adlandırdı.

Sovetlərin PSO-1 4x optik görüşünün kopyaları ilə birlikdə istehsal edildi. Lakin görünür Çin SVD-ni kopyalayarkən problemlərlə üzləşdi. Çünki onun silah istehsalı sənayesi kifayət qədər yetkin deyildi. Klonlaşdırılmış PSO-1-in ilkin versiyaları 7,62x54R mərmilərinə uyğun gəlmirdi və zərbə mexanizmində də problemlər üzə çıxırdı. Bu da “Type 79” versiyasında asanlıqla sınırdı.

“Type 79” və “Type 85”lə bağlı başlıca problem onlar üçün uyğun mərmilərin tapılmaması və ya azlığı idi. Rusiya SVD, 7N1 və daha sonra 7N14 mərmiləri ilə birlikdə xüsusi 7,62x54R mərmiləri hazırladı. Çin bu versiyanı əldə etməyə çalışmayaraq, sadəcə “Type 79” ilə “Type 85”ə uyğun iriçaplı pulemyot mərmisi üzərində işlərə başladı. Çinin niyə snayper gülləsi istehsal etmədiyi naməlum olaraq qalsa da, güman ki, Çin ordusunda 7.62x54R-in məhdud istifadəsi, snayperlər üçün əlavə güllənin istehsalını lazımsız edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   Snayper  

Çin snayperlərinin istənilən rəqibi öldürə biləcək silahları var?

2019/11/RTXYZ-1573127190.jpg
Oxunub: 587     17:30     07 Noyabr 2019    