Ermənistanın sabiq Müdafiə naziri yeni vəzifəyə təyin olunacaq?

2019/09/02-9-1567421734.jpg
Oxunub: 363     11:36     08 Noyabr 2019    
Bir neçə gün bundan öncə Rusiya prezidenti Vladimir Putin hökumətlə KTMT arasında ikinci protokol və təhlükəsizliyin təmin olunması şərtlərinin təsdiqlənməsinə razılıq verib.

Bununla yanaşı, KTMT baş katibinə, onun müavinlərinə və onların ailə üzvlərinə diplomatik əlaqələr haqqında 1961-ci il aprelin 18-də qəbul olunmuş Vyana Konvensiyası ilə nəzərdə tutulmuş üstünlüklər və toxunulmazlıqlar veriləcək.

Məlumata görə, bu mövzu erməni çərçivələrində kifayət qədər maraqlı reaksiya alıb, daxili blokda isə ciddi müzakirələr gedir.

Məsələ burasındadır ki, KTMT baş katibi vəzifəsini itirdikdən sonra erməni tərəfi yanvar ayından etibarən müavinlərdən birinin vəzifəsini tutmaq niyyətindədir. Bu fakt isə həmin vəzifənin kimin tutacağı ilə bağlı müəyyən qədər intriqa yaradıb.

Əldə olunan məlumatlara görə, Ermənistan hakimiyyəti bu vəzifədə sabiq Müdafiə naziri Vağarşak Harutyunyanı görür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Harutyunyan   KTMT  

Ermənistanın sabiq Müdafiə naziri yeni vəzifəyə təyin olunacaq?

2019/09/02-9-1567421734.jpg
Oxunub: 364     11:36     08 Noyabr 2019    