Kolumbiyanın yeni Müdafiə naziri təyin olunub

2019/11/luis_-1573125574.jpg
Oxunub: 325     15:18     07 Noyabr 2019    
Kolumbiya prezidenti 35 ildən çox hərbi sahədə təcrübəsi olan Luis Fernando Navarronu Müdafiə naziri təyin edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 59 yaşlı general əvvəllər müxtəlif vəzifələrdə çalışıb.

Bir müddət ölkənin Çilidə hərbi attaşesi, Xüsusi Əməliyyatlar Birgə Komandanlığının komandiri, Silahlı Qüvvələrin komandiri olan Navarronun indiyə kimi adı korrupsiya və başqa qalmaqallarda hallanmayıb.

Qeyd edək ki, Kolumbiyanın sabiq Müdafiə naziri Quillermo Botero narkotik ticarəti dəstəsinə etdiyi hava hücumu nəticəsində bir neçə uşağın həlak olmasını ört-basdır etmək istədikdə ciddi təzyiqlərlə üzləşib və bundan sonra istefa vermək məcburiyyətində qalıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kolumbiya   Müdafiə-naziri  

Kolumbiyanın yeni Müdafiə naziri təyin olunub

2019/11/luis_-1573125574.jpg
Oxunub: 328     15:18     07 Noyabr 2019    