Rusiya və Hindistan ABŞ-ın təzyiqlərinə baxmayaraq müdafiə sahəsində əməkdaşlıq edəcək

2019/11/12362-1573116165.jpg
Oxunub: 235     13:12     07 Noyabr 2019    
“Hindistan ABŞ-ın təzyiqlərinə baxmayaraq Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu çərşənbə günü Rusiya Baş nazirinin müavini Yuri Borisov ilə görüşdə Hindistanın müdafiə naziri Racnat Sinq bildirib.

Racnat Sinq bildirib ki, Hindistan-Rusiya hərbi texniki əməkdaşlığının inkişaf etdirilməsi, hər iki dövlətin müdafiə sənayesi arasındakı əlaqələrinin daha da gücləndirməsinə xidmət edir. Nazir Hindistanın ABŞ-ın təzyiqlərinə baxmayaraq bu yoldan çıxmaq planlarının olmadığını vurğulayıb.

Rusiya Baş nazirinin müavini bildirib ki, xarici təzyiqlərə baxmayaraq, Rusiya və Hindistan S-400 zenit raket sistemlərinin tədarükü və digər layihələr kimi hərbi texniki əməkdaşlıqda birgə layihələri uğurla həyata keçirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Hindistan   Hərbi-əməkdaşlıq  

Rusiya və Hindistan ABŞ-ın təzyiqlərinə baxmayaraq müdafiə sahəsində əməkdaşlıq edəcək

2019/11/12362-1573116165.jpg
Oxunub: 238     13:12     07 Noyabr 2019    