“Dövləti ələ keçirmiş dəstə ilə xüsusi işimiz var” - Avetisyan

2019/11/varuj-1573115474.jpg
Oxunub: 427     12:38     07 Noyabr 2019    
Noyabrın 6-da 2016-cı ildə Ermənistan polis post-patrul alayı və bir sıra ağır cinayətlərin həyata keçirilməsində ittiham olunan “Sasna Tsrer” qruplaşması işi üzrə növbəti məhkəmə iclasında müttəhim, qruplaşmanın mətbuat katibi Varujan Avetisyan ifadə verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, öz fəaliyyəti haqqında danışarkən “Sasna Tsrer” qruplaşmasının nə üçün silaha əl atdığını açıqlayıb.

Avetisyan qeyd edib ki, keçmiş hərbçidir, ixtisasca vəkildir və 2013-cü ilə qədər Ermənistan silahlı qüvvələrində xidmət edib, Müdafiə Nazirliyinin mərkəzi aparatında işləyib.

“Anladım ki, səylərim nəticəsizdir. Təkcə hörmətsiz rəhbərliklə işimiz yox idi. Mənim üçün məlum idi ki, dövləti ələ keçirmiş dəstə ilə xüsusi işimiz var. Dəstəyə hər hansı təklif təqdim etmək müsbət nəticə verə bilməz”, - deyə o bildirib.

Avetisyanın sözlərinə görə, bəzi şəxslər xaricilərin maraqlarına xidmət edib.

“11-ci ildən bəri “Sardarapat” hərəkatının üzvü olmuşam, rəhbərlik bu barədə bilib. Dedim ki, əgər mənim bu fəaliyyətimə qadağa qoymağa çalışsalar, açıq şəkildə vəzifəmdən istefa verəcəm və bəyanatlarla çıxış edəcəm. Bu, onları təmkinli etdi. Müqavilə müddətim başa çatdıqdan sonra hərbi xidməti buraxdım, “Sardarapat” çərçivəsində Ermənistanın gələcəyi ilə bağlı planlarla məşğul oldum”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sasna-Tsrer   Terror  

“Dövləti ələ keçirmiş dəstə ilə xüsusi işimiz var” - Avetisyan

2019/11/varuj-1573115474.jpg
Oxunub: 430     12:38     07 Noyabr 2019    