İş ondadır ki, Ohanyanı Köçəryanın tərəfdarlarından biri və ya müdafiə komandası kimi qəbul etmək, o qədər də birmənalı deyil. Keçmiş nazir və sabiq prezident, şübhəsiz ki, hər ikisinin təqsirləndirilən statusuna sahib olduğu qalmaqallı tanınmış bir işdə ortaq məsələlərdə toqquşurlar. Bununla belə, Ohanyan keçmiş hakim sistemin ayrıca bir subyekti olaraq qalır. Bu açıqlamada Köçəryanın qeyri-bərabər vəziyyətdə olması barədə verdiyi bəyanat onu dəstəkləməklə yanaşı, başqa bir əhəmiyyətli siqnal da verir. Bu siqnal, ehtimal ki, Paşinyana yönəlib.
Ohanyan bildirir ki, bu üç prezidentin işi, münasibətlərindəki problem, aralarındakı mübarizə prosesidir. Beləliklə, o, bir tərəfdən özü ilə yanaşı, Paşinyanı da bu prosesdən kənar edir. Qeyd edək ki, Köçəryanın komandası və yaxınları Paşinyanın bu cinayətdəki məsuliyyətini tez-tez vurğulayırlar. Ohanyan,bir tərəfdən ikinci prezidentin tərəfdarıdır və ehtiyat tədbirini həbs qətimkan tədbirini dəyişdirmək barədə vəsatəti dəstəkləyir, digər tərəfdən Paşinyanın ona qarşı ədalətsizliyinə işarə edir.
Belə deyək, onun özü də hər üç prezidentlə bərabər onların arasındakı çəkişmələrə görə təqsirləndirilən şəxs statusuna düşdüyünə görə bu vəziyyəti ədalətsizlik hesab edir. Ohanyan bununla keçmiş hakimiyyət üzvlərinin hər üç prezidentə görə cavab verməyə məhkum olduqları, yaxud məsuliyyət daşıma riski altına düşmələri ilə bağlı tam bir narahatlığı və ədalətsizliyi ifadə etmiş olur.
Bu mənada Ermənistanın sabiq Müdafiə nazirinin sözləri praktik olaraq keçmiş hakimiyyət sistemində olduqca incə bir psixoloji təbəqəni əks etdirir.
Paşinyan hər hansı bir şəkildə buna cavab verəcəkmi? Söhbət, əlbəttə ki, formal rəsmi reaksiyadan yox, siyasi davranışdan gedir.
Alpər Mövludoğlu
Ordu.az