Hava Hücumundan Müdafiənin təşkilinin əsas prinsipləri - HƏRBİ EKSPERT

2019/11/45645-1573805874.jpg
Oxunub: 1895     12:41     15 Noyabr 2019    
Son zamanlar dünyada gedən lokal münaqişələr göstərdi ki, ölkənin iri iqtisadi şəhərlərini, xüsusi əhmiyyət kəsb edən obyektlərini, hərbi və mülki aerodromlarını qorumaq üçün, güclü və dayanıqlı Hava Hücumundan Müdafiə sistemlərinə malik olmaq lazımdır. Onu da qeyd etmək lazımdır ki, müasir HHM sistemlərinin alınması o demək deyil ki, alınmış bu zenit raket kompleksləri qarşıya qoyulan, yəni düşmənin uçan hədəflərini istənilən zaman məhv etmək tapşırığını yerinə yetirə bilər. Müasir zenit raket kompleksləri ölkənin səma sərhədlərini effektiv, dayanıqlı və atəş imkanlarını tam realizə etməklə qorumaq üçün döyüş düzlüşündə yerləşdirilməlidir. İlk öncə aydınlıq gətirmək lazımdır ki, ölkənin hava hücumundan müdafiəsinin təşkili prinsipi və zenit raket atəş sisteminin təşkili tam fərqli qərarlardır. Hava Hücumundan Müdafiə qoşunlarının döyüş taktikası, ölkənin hava hücumundan müdafiəsinin təşkilinin aşağıda göstərilən prinsiplərdən biri üzrə qurulmalı olduğunu tələb edir:

1.Obyektə görə hava hücumundan müdafiənin təşkili - xüsusi əhmiyyətli obyektlərin qorunması üçün;
2. Zonaya görə hava hücumundan müdafiənin təşkili - əhatə dairələrinin yerləşdiyi müəyyən əraziləri və orada yerləşən obyektlərin havadan qorunması üçün;
3. Zona-obyektə görə hava hücumundan müdafiənin təşkili - zona və xüsusilə vacib obyektlərin birbaşa hava hücumundan müdafiəsini birlikdə qorunması üçün.

Bu gün döyüş əməliyyatları teatrında hava hücumundan müdafiənin dayanıqlı təşkil olunması praktiki olaraq döyüşün nəticəsini həll edir. İndi isə yuxarıda göstərdiyimiz HHM-in təşkili prinsiplərinə qısaca araşdıraq.

1.Obyektə görə hava hücumundan müdafiənin təşkili - xüsusi əhmiyyət kəsb edən obyektlərin daha effektiv qorunması məqsədini daşıyır. Bu prinsipi daha əyani başa salmaq üçün Su Elektrik Stansiyasının hava hücumundan müdafiəsinə olan əsas tələbləri nəzərdən keçirək. Bu obyektin havadan qorunması üçün zenit raket atəş sistemi elə yaradılmalıdır ki, düşmənin uçan hədəfləri istənilən azimutdan, hündürlükdən zərbə endirməyə cəhd edərsə o, ən azı bir zenit raket divizionunun əsas atəş sektorunda olsun. Bu məqsədlə zenit raket briqadasının tərkibində olan divizionlar, yerin relyefini, məhvetmə zonalarının hüdudlarını nəzərə almaqla obyekt ətrafında dairəvi yerləşdirilir. Ən əsası isə bu divizionların məhv etmə zonaları bir-birini bağlamalıdır.

2.Zonaya görə hava hücumundan müdafiənin təşkili – əhatə dairələrinin yerləşdiyi müəyyən əraziləri və orada yerləşən obyektləri qorumaq məqsədini daşıyır. Zonaya görə qorumada, əsasən Zenit Raket Divizionları bir xətt üzrə (ZRDn sayı çox olduqda iki xətt) yerləşdirilir. Bu zaman ehtimal olunan düşmənin hava hücumu zamanı onun uçan aparatlarına, eyni zamanda bir-iki divizionla atəş açmaq mümkündür. Bu prinsipin çatışmazlığı ondan ibarətdir ki, əgər hədəf divizionun atəş zonasından ölkənin dərinliyinə uçub keçsə (hədəfin sayı atəş siklindən çox olduqda), bu zaman divizion hədəfə qarşılaşma kursunda deyil, təqib kursunda atəş açmağa məcbur olur. Bu isə hədəfin məhv etmə ehtimalını praktiki olaraq çox aşağı salır.

3.Zona-obyektə görə hava hücumundan müdafiənin təşkili – özündə praktiki olaraq həm "obyektə", həm də "zona" prinsiplərini birləşdirir.

Zenit Raket Komplekslərinin döyüş mövqeyində düzgün yerləşdirilməsi (yerin relyefini nəzərə almaqla, alçaq və ən alçaq hündürlüklərdə uçan hədəflərin aşkarlanma uzaqlığı, bu hündürlüklərdə məhvetmə zonalarının hüdudları, ölü zonalarda özünün qorunma ehtimalı) döyüş imkanlarının tam realizə etməsinin əsasını təşkil edir.

Hətta Müasir Zenit Raket Kompleksləri sayılan S-300, S-400 döyüş mövqeyində düzgün yerləşdirməsə düşmənin hava hücumu vasitələri üçün çox asan bir hədəfə çevrilə bilər. Raket Tuşlama Stansiyasının sıradan çıxarılması (FAR) isə bütün sistemi çarəsiz duruma sala bilər. Nəticədə, ən bahalı döyüş texnikası metal yığınına çevrilmə təhlükəsi ilə üz-üzə qalır.

Ərazisi böyük olan dövlətlərin, məsələn Rusiya, Çin, ABŞ-ın hava hücumundan müdafiəsini təşkil etmək daha asandır. Ərazisi kiçik olan dövlətlərin isə hava hücumundan müdafisini təşkil etmək daha çətindir. Burada "ölkənin sərhədlərinin hüdudları və zaman" çox böyük rol oynayır. Demək istəyirəm ki, bir uçan hava hədəfini məhv etmək üçün lazım olan vaxt alqoritmi əsasən aşağıdakı kimi hesablanır.

T (hədəf məhv etmək üçün tələb olunan vaxt) = Tqris + Taşk + Te + Thsv + Tqçat + Thsa + Tqoş + Tfnk + Tat + Timh + Tstr + Tuç + Taq:

Tqris – qabaqda yerləşən Radiolokasiya Stansiyaları (RLS) vasitəsi ilə hədəflərin aşkarlanma vaxtı;
Taşk – RLS operatoru tərəfindən aşkarlanmış hədəflər barəsində məlumatların Mərkəzi Komanda Məntəqəsinə (MKM) ötrülməsi vaxtı;
Te – MKM-də məlumatların emal vaxtı; Thsv – MKM-in əməliyyat növbətçisi tərəfindən hədəflər barəsində zenit raket briqadalarına (ZRBR) həyacan siqnalının verilmə vaxtı;
Tqçat – ZRBR-in əməliyyat növbətçisinin həyacan siqnalını, qısaldılmış döyüş heyətinin rəisinə, Zenit Raket Divizionuna (ZRDn) çatdırma vaxtı;
Thsa – ZRDn-lərin növbətçi döyüş heyəti tərəfindən həyacan siqnalının alınması vaxtı; Tqoş – Raket Tuşlama Stansiyasının (RTS) qoşulma vaxtı; Tfnk – RTS-də funksional nəzarət keçirmə və yüksək gərginliyin rejimə çıxma vaxtı; Tat – hədəfin axtarılıb tapılması vaxtı; Timh – hədəf barədə ilkin məlumatların hazırlanması vaxtı; Tstr – raketlərin start vaxtı; Tuç – raketlərin hədəflərə (uzaq məhv etmə zonasına qədər) uçma vaxtı; Taq – atəşin qiymətləndirilməsi vaxtı.

Buradan aydın görünür ki, ərazisi böyük olan dövlətlərin strateji obyektlərinə düşmən təyyarə və digər hava hücum vasitələrinin uçma vaxtı daha çoxdur. Bu isə o deməkdir hədəflər zenit raket divizionlarının atəş zonalarında daha çox vaxt sərf edərək uçmağa məhkumdurlar. Qısaca aydın şəkildə bildirmək istəyirəm ki, raket tuşlama stansiyalarında döyüş heyəti üçün "döyüş texnikasının döyüş hazırlığına gətrilmə" vaxtı "hədəflərin qorunan obyektə uçaraq zərbə endirmə vaxtından" qat-qat az olmalıdır. Əks təqdirdə döyüş tapşırığını yerinə yetirmək (təsadüf nəticəsində nəyisə vurmaq istisnadır) qeyri-mümkündür.

Ərazisi kiçik olan dövlətlər üçün "Zona-obyektə görə hava hücumundan müdafiə"nin təşkili ən məqbul variantlardan biridir. Bununla yanaşı zenit raket komplekslərinin öz döyüş imkanlarını tam realizə etmək üçün aşağıda sadalanan digər döyüş elementlərinə də ciddi önəm verilməlidir:

1. Radioelektron mübarizənin təşkili; 2. Düşmənin hava hucum vasitələrinin kəşfiyyatı və onun barəsində olan məlumatların vaxtında ötrülməsi; 3. Maskalanma (radiotexniki və viziual); 4. Zenit raket divizionlarının alçaq və ən alçaq hündürlüklərdə (ölü zonalar da nəzərə alınmaqla) özlərinin qorunması; 5. İdarəetmənin təkmilləşdirilməsi və dayanıqlığı.

Bir hədəfi məhv etmək üçün yuxarıda göstərilən alqoritm zenit raket divizionlarının bütün döyüş heyətləri tərəfindən ciddi şəkildə öyrənilməli və praktiki olaraq yerinə yetrilməlidir. Çünki hazırda düşmənin hava hücumu vasitələrinin sürəti orta və yüksək hündürlüklərdə zenit raket divizion komandirlərinə qərar qəbul etmək üçün düşünməyə praktiki olaraq vaxt imkanı vermir. Bu şəraitdə hava düşmənini məhv etmək üçün vacib olan bütün parametrlər, xüsusiyyətlər, komandalar praktiki olaraq "Avtomatizmə" qədər mənimsənilib öyrənilməlidir.

Hərbi ekspert Ramiz Şərifov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: HHM   Təşkili   Prinspilər   ZRD   ZRK  

Hava Hücumundan Müdafiənin təşkilinin əsas prinsipləri - HƏRBİ EKSPERT

2019/11/45645-1573805874.jpg
Oxunub: 1896     12:41     15 Noyabr 2019    