Ordumuzun silahlanmasında olan BRM-1K döyüş kəşfiyyat maşınları - HƏRBİ EKSPERT

2019/11/15598-26754636176.jpg
Oxunub: 2097     14:54     15 Noyabr 2019    
Əvvəlki yazılarda Ordumuzun silahlanmasında olan BMP-1 barədə geniş, onun BRM-1K modifikasiyası barədə isə qısaca məlumat verimişdik. Bu dəfə isə BRM-1K döyüş kəşfiyyat maşınlarının təyinatı, quruluşu, avadanlıqları, slahlanması və TTX-sı barədə məlumat veriləcək. 100 km düşmən müdafiəsinin dərinliyində kəşfiyyat vəzifələrini yerinə yetirmək üçün nəzərdə tutulan tırtıllı döyüş kəşfiyyat maşınları həm döyüş, həm də mühafizə qorunması üçün də istifadə edilə bilər.

Ailənin ilk nümayəndəsi 1958-ci ildə yaranıb. Bundan əvvəl isə kəşfiyyat vəzifələri zirehli maşınlar, zirehli personal daşıyıcıları və ya yüngül tanklar tərəfindən həyata keçirilirdi.

Təyinatı - BRM-1K

BRM-1K zirehli kəşfiyyat maşını sülh və müharibə dövründə, istər müstəqil, istərsə də kəşfiyyat bölmələrinin bir hissəsi olaraq kəşfiyyat əməliyyatları aparmaq üçün nəzərdə tutulur. "K" hərfi isə maşının komandir heyəti üçün hazırlandığını bildirir. Üzən yüngül PT-76 tanklarını əvəz edən BRM-1K döyüş vasitəsi BMP-1 bazasında hazırlanıb.

BRM-1K aşağıdakı vəzifələri yerinə yetirə bilər:

- maşının istiqamət oxu boyunca yönlənmə bucağının müəyyən edilməsi;
- naviqasiya məlumatlarının davamlı emal edilməsi;
- obyektlərin və hədəflərin koordinatlarının müəyyən edilməsi;
- maşının istiqamət oxu ilə aşkar edilən hədəflərin istiqaməti arasındakı bucağın müəyyən edilməsi;
- aşkar edilən hədəflərə olan məsafənin ölçülməsi;
- hərəkət edən obyektlərin izlənilməsi;
- kimyəvi və radiasiya kəşfiyyatının həyata keçirilməsi;
- radiorabitənin və məlumat ötürülməsinin təmin edilməsi;
- günün istənilən vaxtında müəyyən ərazidə müşahidənin aparılması.

İstehsalçısı

70-ci illərin əvvəllərində komandir maşınının inkişafı ilə Çelyabinsk traktor zavodunun dizayn bürosu məşğul idi. Yeni maşının ilk modeli "objekt 773." adlandırıldı. 1972-ci ildə BRM-1K Sovet Ordusu tərəfindən silahlanmaya qəbul edildi. Kütləvi istehsal isə Kurqan maşınqayırma zavodu ilə Rubtsovski maşınqayırma zavodu tərəfindən həyata keçirildi.

1973-cü ildən bəri Kurqan maşınqayırma zavodu müxtəlif modifikasiyalarda 1500-dən çox BRM-1K istehsal edib. Bu döyüş maşınları 1979-1989-cu illər Əfqanıstan müharibəsi zamanı, eləcə də 1991-ci ildən bu günə qədər postsovet məkanında baş verən bütün yerli qarşıdurmalarda aktiv istifadə edilib. 2003-cü ildən isə zavod BRM-1K maşınlarını BRM-1KM səviyyəsində modernləşdirdi. Burada baza şassidə olduğu kimi ən əsas çatışmazlıq hesab edilən 73 mm-lik 2A28 yarıavtomatik topu, BMP-2 maşınlarının silahlanmasında mövcud olan 30 mm-lik 2A72 avtomatik topu ilə əvəz edildi.

Kəşfiyyat vasitəsinin quruluşu

BRM-1K - Döyüş kəşfiyyatı vasitəsidir. Onun təchizatına TNA-4 naviqasiya avadanlığı, doppler məsafəölçəni, radiolokasiya stansiyası, qəbuledici pelenqator, minaaxtaran, kimyəvi kəşfiyyat cihazı, qısa və uzaq məsafəli rabitə üçün iki radiostansiya daxildir.

Avadanlıqların bəzilərini çıxmaq şərtilə, konstruksiya baxımından BRM-1K maşınları, təxminən BMP-1 piyada döyüş maşınını təkrarlayır:

- Mühərrik-transmissiya bölməsi maşının burun hissəsində yerləşir;
- Döyüş bölməsi maşının mərkəzi və arxa hissəsini tutur;
- Desant bölməsi maşının arxa hissəsində yerləşir.

BRM-1M-in korpusu qaynaq tiplidir. Qüllə hissəsi və korpus yayılmış polad zireh plitələrindən hazırlanıb. Mühafizəni artırmaq üçün zireh plitələrin əyilərək bucaq altında yerləşdirilməsi nəzərə alınıb.

Ön yuxarı zireh plitəsində bir ədəd qapaq (lyuk) mövcuddur. Bu plitəyə əlavə olaraq dalğa mühafizə qalxanı bərkidilib. Maşının ümumi qorunması aşağı siluet (hündürlüyü qüllənin hesabına 10 sm-ə qədər azaldılıb), maşının qoruyucu rəngdə boyanması, təkrar istifadə edilə bilən TDA istilik-duman qurğusu və nəqliyyat vasitələrinin hərəkətlilik xüsusiyyətləri hesabına təmin edilir.

Dairəvi fırlanan 2 nəfərlik aşağı profilli qüllə, maşının arxa tərəfinə daha yaxın yerləşir. Qüllənin silahlanması BMP-1-dən fərqlənmir, lakin sursat dəsti avadanlıq sayının artması nəticəsində 2 dəfə azaldılıb. Silah əllə doldurulur, tuşlayıcı topun sol tərəfində nəqliyyat vasitəsinin komandiri, böyük operator isə sağ tərəfində yerləşir.

Döyüş bölməsi iki üst qapaq (lyuk) və yan tərəflərdəki iki atəş yuvası ilə təmin edilir. Mühərrik-transmissiya bölməsi bir ədəd mühərrikdən, əsas friksiondan, 5 pilləli sürət qutusundan, sükan mexanizmlərindən və aqreqat avadanlıqlarından ibarətdir. 665 kiloqram kütləyə malik UTD-20 tipli dizel mühərriki maye soyutma sistemi ilə çalışır və 300 at gücü toplaya bilir. Yanacaq çənlərinin toplam tutumu 462 litrdir. Mexanik transmissiya çoxdiskli əsas friksiondan, sürətlər qutusundan, dönmə mexanizmlərindən və reduktordan ibarətdir. Sürətlər qutusu 5 irəli və 1 geri ötürməni təmin edir.

Maşının asqısı hər iki tərəfdən alüminium ərintilərindən hazırlanan dayaq tipli altı rezinlə örtülən təkərlərdən (katoklardan) və üç ədəd dəstəkləyici rezinli roliklərlə təmin edilir. Asqı torsion tiplidir, fərdidir, hər biri teleskopik və yay tipli amortizatorlara malikdir.

Hər tərəfin sonuncudan əvvəlki asqıları dayaq təkərlərinin rezin məhdudlaşdırıcısına malikdir. Maşının ön təkərləri aparıcıdır. Eni 30 santimetr, addımı 13.5 sm olan iki dişli tırtıllar bir-birinə rezin-metal şarnirlərlə birləşir. Sürücü-mexanik maşını "T" şəkilli sükan, sürətlər qutusunun ötürməsini dəyişdirən dişli qolun, ötürməni yavaşlatma qolunun və dizel yanacağının tədarükünü, əsas friksionu və əyləci tənzimləyən 3 ədəd pedalın vasitəsilə idarə edir.

Ərazini müşahidə etmək üçün sürücü-mexanik 3 ədəd TNPO-170 cihazı ilə təmin olunur, qaranlıqda isə FG-125 faraları ilə 50 metr məsafəyə qədər işıqlandırılan TVNO-2 elektro-optik cihazından istifadə edilir.

Pis hava şəraitində ərazidə istiqamətlənmə GPK-59 girokompasına uyğun olaraq həyata keçirilir. Kütləvi qırğın silahlarından korpus hissələrinin xüsusi germetikləşdirilməsindən və FVU havalandırma qurğusundan istifadə edilir. Yanğından qorunmaq üçün zirehli maşın 4 ədəd temperatur sensoruna malik PPO sistemindən, 2 ədəd 2 litrlik xüsusi tərkibli maddədən, xüsusi avadanlıq və borulardan istifadə edir. Desant bölməsinin sol tərəfində isə mexaniki istifadə edilən OU-2 yanğınsöndürmə balonu yerləşdirilib.

Avadanlıqları və heyəti

BRM-1K maşınları kəşfiyyat xarakterli vəzifələrin yerinə yetirilməsinə imkan verən müşahidə cihazlarının geniş çeşidi ilə fərqlənir. Maşının baza versiyasında mövcud olan avadanlıqlarına daxildir:

13 ədəd TNPO-170A gündüz müşahidə çihazı, prizma periskopu da adlandırılır;
1 ədəd TNPK-240A gündüz rejimlidir, 1 və 8 qat böyütməklə ərazini müşahidə etməyə, hədəfləri tanımağa və onlara qədər məsafəni müəyyən etmək üçün istifadə edilir;
2 ədəd TNPT-1 cihazı qülləni çevirmədən ərazinin arxa yarımkürəsini müşahidə etmək üçündür;
3 ədəd TVNE-1PA 60-120 metr məsafədə ərazini və hədəfləri gecə şəraitində müşahidə etmək üçün nəzərdə tutulur;
1 ədəd 1PN33B gecə binoklu, BN-2 "Relikviya" gecə binoklu ilə əvəz edilə bilər;
1 ədəd TNP-350B müşahidə cihazı gündüz rejimlidir, su maneələrinin üzərək keçilməsi zamanı dalğa qalxanı qaldırılan vəziyyətdə sürücü mexanikə müşahidə üçün imkan yaradır;
1 ədəd DKRM-1 kvant məsafəölçəni, ± 10 m yayınma ilə gündüz 300- 8000 m, gecə isə 400 m hədəfə qədər məsafəni ölçməyə imkan verir;
1 ədəd ERRS-1 qəbuledici-pelenqatoru düşmənin 60 km-ə qədər məsafədə fəaliyyət göstərən impuls radarlarının istiqamətini 15 °-dən çox olmayan bir yayınma ilə təyin edir, əlavə olaraq 2.7-30 sm dalğa uzunluğunda olan RLS-in daşıyıcı tezliyini aşkarlayır, 200-8000 Hz diapazonda impuls təkrarlama sürətini ölçür və RLS antenlərinin dövr sayını təyin edir. Bu məlumatlara görə, düşmənin radiolokasiya stansiyalarının növü, onların mənsubiyyətinə görə isə kəşfiyyat obyektinin xarakteri müəyyən edilir.

Maşının digər xüsusi avadanlıqlarına aiddir:

- İMP-1 minaaxtaranı kolda, otda, çəmənliklərdə və torpaqda 8-40 sm dərinlikdə quraşdırılan minaları aşkar etməyə imkan verir. Onun axtarış elementini 1 m dərinlikdə suya endirməklə, orada olan minaları da axtarmaq mümkündür.

- Xüsusi kəşfiyyat cihazları dəstinə 1ədəd PRXR radiasiya və kimyəvi kəşfiyyat və 1 ədəd VPXR hərbi kimyəvi kəşfiyyat cihazları daxildir.

Maşının naviqasiya avadanlıqlarına TNA-3 "Kvadrat-1" naviqasiya cihazı, 1G11N girokompası, 1T25 yönləndirmə viziri aiddir. Sonuncu, şimal istiqamətinə görə BRM oxunun mövqeyini təyin etməyə və hədəfin/obyektlərin bucaq koordinatlarını düzəltməyə imkan verir.

Maşının radiovasitələrinə isə R-124 rabitə qurğusu, R-123M ultraqısa dalğalı, R-148 daşınan ultraqısa dalğalı, R-014D sürət sensoruna malik R-130M/MT-HF qısadalğalı radiostansiyaları və sonuncunu məsafədən idarə etmək üçün TA-57 telefonu aiddir.

BRM-1K maşının sürücü mexanikinin istifadə etdiyi cihazlar BMP-1 ilə eynidir.

Tüstü pərdəsi yaratmaq üçün TDA cihazından, 82 mm-lik 902V "Bulud" qurğusundan və onun 6 ədəd tüstü qumbarasından (qüllənin hər tərəfində 3 ədəd) istifadə edilir.

BRM-1K heyəti aşağıdakı tərkibdə formalaşdırılır:

- nəqliyyat vasitəsinin komandiri/böyük operator;
- top tuşlayıcısı;
- radio teleqrafçı;
- sürücü-mexanik;
- iki nəfərlik desant (onlardan biri taqım və ya bölük komandiri ola bilər).

Taktiki-Texniki Xüsusiyyətləri

BRM-1K maşınlarında BMP-1 bazasından istifadə edildiyi üçün onların əksər taktiki-texniki xüsusiyyətləri eynidir.

- Bazası 3660 mm;
- Tırtıl eni 2550 mm;
- Kütləsi 13.2 ton;
- Uzunluğu 6700 mm;
- Eni 2940 mm;
- Hündürlüyü 1920 mm;
- Topun çapı 73 mm;
- Topun atəş məsafəsi 1300 m;
- Topun sursat dəsti 40 ədəd;
- Topun lülə üzunluğu 29 kalibr;
- Nişangah periskopik, gecə/gündüz rejimli 1PN22M1;
- 2Mühərrik UTD-20;
- Mühərrikin gücü 300 a.g;
- Ehtiyat məsafə 600 km;
- Sürəti 65 km/s (şossedə), 45 km/s (yolsuzluq şəraitində), 7-8 km/s (suda);
- Xüsusi gücü 21.5-23.1 a.g/t;
- Zireh qalınlığı 6-33 mm;
- Ekipaj 6 nəfər;
- Asqısı fərdi torsion tiplidir, teleskopik ikitərəfli hidravlik amortizatorlara malikdir;
- Dəf edilən divar yüksəkliyi 0,7 m;
- Dəf edilən xəndək eni 2.5 m.
- BRM-1K-nın hərəkət edən hədəfləri aşkarlama məsafəsi:
- Tank və avtomobillər üçün 8-10 km;
- Əsgər qrupları üçün 5-6 km;
- Tək əsgər üçün 3-4 km.

Hədəflərin koordinatlarını təyin edərkən məsafəyə görə 25 m, istiqamətə görə isə 0-15 dərəcə yayınma mümkündür.

Nəticə

BRM-1K maşınlarının standart avadanlıqları ilə artıq müasir döyüş əməliyyatlarının tələblərinə cavab vermədiyi sirr deyil. BRDM və BRDM-2 təkərli və zirehli kəşfiyyat vasitələri də resurslarını başa vurub. Müharibə şəraitində olan ölkənin müasir döyüş maşınları olmadan fəaliyyəti arzuolunan deyil. Hazırda BRM-1K maşınlarının modernləşdirilməsi barədə məlumat açıq mənbələrdə yer almır.

Onların əvəz edilməsi üçün müxtəlif ölkələrdə fərqli modifikasiyalar yaradılır. Hazırda BMP-3 modifikasiyası hesab edilən BRM-3K "Rıs" (Vaşaq) tırtılı maşınlarından geniş istifadə olunur. Bu maşınların ağır kütləsi və iri qabaritləri ayrıca müzakirə oluna bilər.

BRM-in başqa bir fərqli növü Belarusda BRDM 2T "Stalker" kimi tanınır. Zirehli kəşfiyyat-diversiya vasitəsi adlandırılan "Stalker" indiyə qədər bu şəkildə təsnif edilən yeganə maşındir. Müasir BRM-lər müxtəlif avadanlıqlarla, termal kameralar, kəşfiyyat RLS-ləri, yüksək qətnaməli optik və video kameralarla, kiçik PUA-larla akustik və radiopelenq vasitələri ilə təchiz olunur. Bütün bu avadanlıqlar vahid məlumat idarəetmə sisteminə (BİUS) inteqrasiya edilir. Türkiyə, İsrail və Ukraynada bu sahədə ciddi nailiyyətlər əldə edilib. Lakin bu mövzulara toxunulmadığı halda onların mövcudluğunu xatırlatmaqda məqsədim ayrıdır. Yeni kəşfiyyat vasitələrinin geniş təhlilinə sonrakı yazılarda toxunulacaq.

Silahlanmada mövcud olan bu vasitələrin az sayı, zəif silahlanması və çox yaşlı olması onların silahlanmadan kənarlaşdırılmasının əsas şərtlərindəndir. Bu maşınların bəzi hərəkətli hissələrinin yenilənməsindən sonra digər silah və ya kompleksləri daşıyan özüyeriyən şassi kimi istifadəsi mümkündür. Onların istifadəçi və ya modernləşdirməsini həyata keçirən digər ölkələrə satılması, əvəzində Ordumuzun ehtiyac duyduğu vasitə və ya avadanlıq əldə etməsi də mümkündür.

Mənbələr:

https://topwar.ru/13191-korshun-razvedki-otechestvennaya-brm-1k.html
https://vpk.name/library/f/brm-1k.html
http://militaryrussia.ru/blog/topic-374.html
http://www.kskdivniy.ru/museum/eksponaty/brm-1k
http://btvt.info/1inservice/brm-3.htm

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BRM-1K  

Ordumuzun silahlanmasında olan BRM-1K döyüş kəşfiyyat maşınları - HƏRBİ EKSPERT

2019/11/15598-26754636176.jpg
Oxunub: 2098     14:54     15 Noyabr 2019    