KXDR: ABŞ-ın Koreya yarımadasındakı hərəkətləri "ağılsız hərbi nizamsızlıq"dır

2018/12/f-uss-1544019806.jpg
Oxunub: 259     10:45     07 Noyabr 2019    
"ABŞ-ın Koreya yarımadasındakı hərəkətləri "ağılsız hərbi nizamsızlıq"dır, rəsmi Pxenyan və Vaşinqtonun dialoquna mane olur və regionda ziddiyyəti gücləndirir".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xаrici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Qvon Çon Qının bəyanatında bildirilir.

Bəyanatda qeyd edilir ki, Birləşmiş Ştatların yarımadadakı hərəkətləri son dərəcə fitnəkar və təhlükəlidir.

"Bütün dünyanın Koreya-Amerika münasibətlərinin perspektivlərindən narahat olduğu belə kəskin vaxtda ABŞ açıq-aşkar bizə qarşı hərbi təlimlər keçirməyə çalışır", - deyə KXDR-in Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   KXDR  

KXDR: ABŞ-ın Koreya yarımadasındakı hərəkətləri "ağılsız hərbi nizamsızlıq"dır

2018/12/f-uss-1544019806.jpg
Oxunub: 260     10:45     07 Noyabr 2019    