“Sorosçu” və “levonçu” qanadın bəzi dairələri Tonoyanın bəyanatını olduqca ağır qəbul edib

2019/10/20895-1572253372.jpg
Oxunub: 388     16:05     06 Noyabr 2019    
Bir neçə gün bundan öncə Ermənistan Müdafiə naziri Davit Tonoyan parlamentdə brifinqi zamanı cəmiyyəti narahat edən, maraqlandıran bir sıra əsas sualara cavab verib.

Tonoyan öz çıxışında Aprel döyüşlərini araşdıran parlament İstintaq Komissiyası haqqında da danışıb.

O, vaxtilə müdafiə sistemində nə baş verdiyinin artıq məlum olduğunu və komissiyanın cəmiyyət arasında olan şayiələrə son vermək üçün imkan qazanacağını qeyd edib.

Tonoyan komissiyasının müdafiə sektoru ilə bağlı hər hansı xüsusi, sensasion açıqlama verməyəcəyini bildirib.

Məlumata görə, Tonoyan bu bəyanatı elə-belə verməyib, çünki erməni informasiya sahəsində fəaliyyət göstərən bəzi dairələr Aprel döyüşləri ətrafında növbəti miflərin yaradılmasına cəhd edib.

Qeyd olunur ki, Tonoyanın bu bəyanatı “sorosçu” və “levonçu” qanadın bəzi dairələri tərəfindən kifayət qədər ağır qəbul edilib, çünki erməni nazirin dediklərindən qeyd edilən komissiyanın süni şəkildə yaradıldığı, ictimaiyyətə heç bir fundamental açıqlamanın gözlənilməməsi anlaşılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tonoyan   Aprel-döyüşləri  

“Sorosçu” və “levonçu” qanadın bəzi dairələri Tonoyanın bəyanatını olduqca ağır qəbul edib

2019/10/20895-1572253372.jpg
Oxunub: 391     16:05     06 Noyabr 2019    