“Geokosmos” şirkəti Ermənistan Müdafiə Nazirliyinin tabeçiliyindən çıxarılıb

2019/11/Orsis-1573036464.jpg
Oxunub: 370     15:47     06 Noyabr 2019    
Xəbər verdiyimiz kimi, Ermənistan Müdafiə Nazirliyinin polkovnikləri Artur Qalstyan və Vilen Qalstyan “ORSIS Arms” şirkətində pay sahibidir.

Məlumata görə, Gevorq Manukyan da şirkətin təsisçilərindən biridir. Şirkətin təsis olunması anından, yəni 2017-ci ilin payızından etibarən Artur Qalstyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Topoqrafiya şöbəsinin rəisi vəzifəsini tutur.

Şirkətin qurucularından biri olan Gevorq Manukyan da əvvəllər bu vəzifəni tutub, lakin Artur Qalstyanın Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Topoqrafiya şöbəsinin rəisi təyin olunduqdan sonra Manukyan “Geokosmos” şirkətinin direktoru olub. “Geokosmos” şirkəti həmin vaxt 100 faizlik səhmlə Ermənistan Müdafiə Nazirliyinin stukturu olub. Lakin bir həftə bundan öncə “Geokosmos” şirkəti Ermənistan Müdafiə Nazirliyinin tabeçiliyindən çıxarılaraq Yüksək Texnologiya Sənayesi Nazirliyinə verilib.

Bildirilir ki, bir həftə bundan öncə Gevorq Manukyan Ermənistan Müdafiə Nazirliyi sistemində dövlət rəsmisi idi, indi isə qeyd edilən nazirlik sistemində dövlət rəsmisidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Geokosmos” şirkəti Ermənistan Müdafiə Nazirliyinin tabeçiliyindən çıxarılıb

2019/11/Orsis-1573036464.jpg
Oxunub: 373     15:47     06 Noyabr 2019    