Rusiya hərbi polisi Suriyanın şimalında iki patrul reydi keçirib

2019/11/12361-1573036081.jpg
Oxunub: 297     14:44     06 Noyabr 2019    
Rusiya hərbi polisi Suriyanın şimaldakı Hələb və Əl-Həsəkə bölgələrində iki patrul reydi həyata keçirib, onlardan biri Türkiyə sərhədçiləri ilə birlikdə edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə dünən Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov məlumat verib.

Məlumata görə, noyabrın 5-də Hələb vilayətindəki Aylişar-Bandarhan marşrutu boyunca ortaq Rusiya-Türkiyə patrul missiyası həyata keçirilib.

“Rusiya tərəfi Əl-Həsakə vilayətindəki Qamışlı-Deyrun Ağa marşrutu boyunca patrul reydlərini davam etdirir”, - deyə Borenkov bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Suriya   Patrul  

Rusiya hərbi polisi Suriyanın şimalında iki patrul reydi keçirib

2019/11/12361-1573036081.jpg
Oxunub: 298     14:44     06 Noyabr 2019    