Finlandiya HHQ-si üçün yeni qırıcı təyyarələr alacaq

2018/09/45645-1537447722.jpg
Oxunub: 542     16:38     06 Noyabr 2019    
Finlandiya Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün yeni qırıcı təyyarələr almaq məqsədilə 10 milyard avro ayırmaq niyyətindədir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Finlandiya Müdafiə Qüvvələri 10 milyard avroya qədər dəyəri olan kontrakt üzrə təchizatı təmin etmək iddiasında olan qırıcı təyyarələr istehsalçıları arasında tenderin şərtlərinə yenidən baxılması xahişi ilə hökumətə müraciət edib.

Yeni təyyarələr Finlandiya HHQ-nin artıq köhnəlmiş olan F/A-18 qırıcı təyyarələr parkını yeniləşdirmək məqsədilə alınacaq.

Finlandiya hökuməti oktyabrın sonunda tenderin başlanmasını elan edib. “HX Fighter Program” çərçivəsində alınması nəzərdə tutulan qırıcı təyyarələr Amerikada istehsal edilən “Boeing F/A-18 Super Hornet” və “Lockheed Martin F-35”, həmçinin Fransa istehsalı olan “Dassault Rafale”, Britaniyada buraxılan “Eurofighter Typhoon” və İsveçin “Saab Gripen” modelləridir.

Finlandiya Müdafiə Qüvvələrinin Katibliyində bildirilib ki, bu layihə çərçivəsində əməliyyat mühitinin tələblərinə cavab verən 64 ədəd yeni, çoxtəyinatlı qırıcı təyyarə alınacaq.

Beləliklə, 2021-ci ildə nəzərdə tutulan alış barədə qəti siyasi qərar qəbul edilməsi bu qiymətləndirməyə əsaslanacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Finlandiya   HHQ   F-35  

Finlandiya HHQ-si üçün yeni qırıcı təyyarələr alacaq

2018/09/45645-1537447722.jpg
Oxunub: 543     16:38     06 Noyabr 2019    