Erməni deputat: “Paşinyan nə qədər kinli olsa da, qorxusu bir o qədər dərindir”

2019/11/45645-1573028121.jpg
Oxunub: 418     16:14     06 Noyabr 2019    
“Baş nazirin artıq tarixə çevrilmiş lift sirri haqqında açıqlamasına daha bir əlavə etmək istərdim”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı Arman Yeğoyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, liftdə Ermənistan və Azərbaycan rəhbərlərindən və təhlükəsizlik xidməti rəhbərlərindən başqa SOMON salonunun 3-cü mərtəbəsindən 4-cü mərtəbəsinə qalxarkən (təqribən 15 saniyə ərzində) MDB icra komitəsinin sədri Sergey Lebedev və Türkmənistan baş nazirinin müavini Purli Ağamuradov da olub.

“Əsrin hiyləsini toxumaq üçün necə də gözəl kompozisiyadır. Əlbəttə Düşənbə görüşünün mövzusunun yenidən ümumi bir drijorun çubuğu ölçüsünə uyğun şəkildə istiləndirilməsi yaxşı haldır. Amma bu məsələ qızışdı deyə bir neçə müşahidəni də mən diqqətinizə çatdırım. İlk növbədə deyirlər ki, belə bir köhnə adət var. Ümumiyyətlə belə bir köhnə deyim var ki, nəyi gizlətmək istəyirsənsə, o barədə daha çox danış. İndi Düşənbədəki “lift” diplomatiyasını yenidən aktivləşdirməyin mənası nədir? Sırf “inqilabın atası”nın drijor çubuğu ölçüsünə uyğun taktikanı seçməklə və həmin ahəngin təsirinə düşərək getməkdir, yoxsa “inqilabın atası”nı narahat edən hansısa bir məsələ var. İndi hamı bir adam kimi müqəddəs borcunu yerinə yetirməyə köklənib.

İkincisi nə Düşənbə görüşü, nə onun ətrafında yaranmış sirr, nə də ondan sonra ümid edilən xəyanətlər nə tarixidir, nə də çox diqqətə layiqdir. Hər şey gözlənildiyindən daha yaxşı nizamına düşdü. Daha dəqiq desək, “inqilabın atası” istəmədən Düşənbə görüşü haqqında danışmağa başladı və hələ sözsüz ki, çox şey deyəcək. Yeri gəlmişkən deyirlər ki, insan əsəb pozğunluğu stressli vəziyyətdə olduqda psixoloji cəhətdən çox həssas olur və başqa hallarda söyləmədiyi şeyləri söyləyir. İndi Paşinyanda belə bir narahatlıq və qorxu var. Bu nəzərə çarpmaqdadır. Bunun bir əlaməti də kindir. O, nə qədər kinli olursa, bir o qədər qorxu dərinləşir. Qorxunu kin ilə əvəz etməyə çalışır.

Maraqlı məsləhətlər üçün “Der Untergang” adlı 2004-cü ilin istehsalı olan filmə baxın. Çox diqqətli baxın. Xüsusilə Hitlerin reallıqla əlaqəsini itirdiyi və kinə tabe olduğu epizodlara diqqətlə baxın. Onun ən sadiq yoldaşı Cozef Göbbelsin də eyni hərəkətlərə üstünlük verdiyinə diqqət edin. Onlar ən dərin dağıdıcı pataloji qorxular içərisindədirlər. Ancaq bunu kinlə gizlətməyə çalışırlar. Yeva Braun üçün də eyni şey keçərlidir. Bunları müqayisə edin və qalan nəticələri özünüz çıxardın. Xalq bizi seçib və bizə hakimiyyət verib. “Bu xalqın seçimidir, heç kim onları məcbur etmir”. Bunlar tanış ifadələrdir, elə deyilmi?

Həmin filmdə sonrakı səhnələrdə belə bir ifadə var. “Gənclər ölmək üçün mövcuddur”. Sovet qoşunları demək olar ki, bunkerin astanasında olduqda və Hitler xəyal etdiyi Berlin haqqında hələ də danışırdı. İndi isə çox darıxılan Düşənbə görüşünə qayıdaq. “İnqilabın atası” hələ bu görüş və digər görüşlər haqqında yenə danışacaq. Lakin bunların da dərin mənaları olmayacaq. Səbəbi çox sadədir. Bu, hələ ilk prezident Levon Ter Petrosyan tərəfindən tərtib edilib. Başqa bir nəticə kimi son olaraq, əsl danışıqlar sülh razılaşmasından sonra həqiqi nizamlama zamanı başlayacaq. İndi baş verənlər isə böyük bir tamaşanın müqəddiməsidir”, - deyə Yeğoyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Düşənbə  

Erməni deputat: “Paşinyan nə qədər kinli olsa da, qorxusu bir o qədər dərindir”

2019/11/45645-1573028121.jpg
Oxunub: 421     16:14     06 Noyabr 2019    