Serbiya prezidenti: “Serbiya S-400 raketdən müdafiə sistemlərini almağı planlaşdırmır”

2019/10/5d3ad-1571733391.jpg
Oxunub: 406     15:12     06 Noyabr 2019    
“Serbiya Rusiyanın S-400 raketdən müdafiə sistemlərini satın almağı planlaşdırmır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç bildirib.

O qeyd edib ki, ölkəsinin magistral yollar qurduğu və bir çox digər layihələrə sərmayə qoyduğu üçün S-400-lərin pulunu ödəməyə maliyyəsi yoxdur.

“Bilirsiniz ki, belə bir silahınız varsa, heç kim sizə hücum etməz. S-400 sistemləri olan yerlərdə ABŞ və ya başqa bir ölkənin pilotları uçmaz. Məsələn, Türkiyə üzərindən, İsrail pilotları Colan yüksəkliklərindən başqa Suriya üzərindən uçmaz. Hazırda əvvəlkindən daha güclü bir aviasiyamız var və müdafiə sistemimizi “Pantsir” və sanksiya siyahısına daxil olmayan digər silahlarla gücləndirəcəyik”, - deyə Vuçiç bildirib.

Prezident qeyd edib ki, Serbiya NATO-nun əhatəsində olan kiçik bir ölkədir və 1990-cı illərdəki kimi məsuliyyətsizliyə heç vaxt yol verməyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Serbiya   Rusiya   S-400  

Serbiya prezidenti: “Serbiya S-400 raketdən müdafiə sistemlərini almağı planlaşdırmır”

2019/10/5d3ad-1571733391.jpg
Oxunub: 407     15:12     06 Noyabr 2019    