Ermənistandakı rus hərbi bazası nəzarətsiz qalıb - HESABAT

2019/01/45654-1546867037.jpg
Oxunub: 491     15:54     01 Noyabr 2019    
Ermənistanın rus hərbi bazasının fəaliyyətinə nəzarət etmək və monitorinq həyata keçirmək üçün heç bir mexanizmi yoxdur.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Ermənistanda rus hərbi mövcudluğu və onun insan hüquqlarının vəziyyətinə təsiri” adlı hesabatın müəllifləri bu nəticəyə gəlib.

Qeyd olunur ki, araşdırma Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramının dəstəyi ilə həyata keçirlib. Araşdırmada hüquq müdafiəçisi Artur Sakuntsdan əlavə Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin nümayəndəsi, vəkil Armine Sadikyan da hesabat üzərində işləyib.

“Qeydə alınmış mexanizm yoxdur. Bilmirəm, əgər hansısa razılaşmalar varsa, o zaman bütün hallarda bu nəzarət mexanizmləri Ermənistan Respublikasının vətəndaşları üçün anlaşılan, qəbul edilən deyil”, - deyə hesabatı təqdim edərkən Sakunts bildirib.

Hesabatda Ermənistandakı rus hərbi bazasının xronologiyası, hərbi baza ilə bağlı iki ölkə arasında imzalanmış bütün sənədlər, bazanın hərbi qulluqçularının iştirakı ilə hadisələrin təsviri, xarici hərbi mövcudluq və insan hüquqları arasında qarşılıqlı əlaqələr xüsusi şəkildə təqdim edilib.

Araşdırmaya görə, 1992-ci ildən başlayaraq Ermənistan və Rusiya arasında 20 sənəd imzalanıb. Belə bir araşdırma Moldova və Ukraynda da olub. Sakunts rus hərbi bazasının fəaliyyətinə nəzarət etmək mexanizmlərinin yoxluğu nəticələri haqqında danışarkən məhz Moldova təcrübəsini təqdim edir.

“Bu, Moldovanın Dnestryanı bölgəsində insan hüquqlarının pozulması üçün kifayət qədər ciddi problemə səbəb olub və bununla bağlı Avropa Məhkəməsinin məşhur “İlasku Moldova və Rusiyaya qarşı” adlı qərarları da var. Qərarda Rusiya Federasiyası günahkar kimi tanınıb. Belə ki, Rusiya bu regionu de-fakto idarə edərək insan hüquqlarının pozulmasına görə cavabdehdir”, - deyə hüquq müdafiəçisi bildirib.

Vəkil Armine Sadikyan isə bəzi statistikaları təqdim edib. İllər ərzində davamlı olaraq rus hərbi bazasının hərbi qulluqçularının iştirakı ilə 19 hadisə baş verib və 3 erməni polisi, 4-ü uşaq olmaqla 16 mülki vətəndaş ölüb, 8 hərbi qulluqçu, 7 mülki şəxs isə baş vermiş insidentlər nəticəsində yaralanıb.

Sakunts bildirib ki, Ermənistan dövlət büdcəsindən rus hərbi bazasının həyat fəaliyyəti üçün ayrılan maliyyə vasitələri belə gizli saxlanılır. Onun sözlərinə görə, Ermənistanın müdafiə büdcəsi açıqdır, lakin rus hərbi bazasına nə qədər pul ayrıldığı dövlət sirridir. Sakunts qeyd edib ki, bu, konseptual baxımdan anlaşılmazdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   102-baza  

Ermənistandakı rus hərbi bazası nəzarətsiz qalıb - HESABAT

2019/01/45654-1546867037.jpg
Oxunub: 492     15:54     01 Noyabr 2019    