Rusiyanın ABŞ-dakı səfiri: “Moskva Avropada yerləşdirilən raketlərə müvafiq cavab veəcək”

2019/10/10588-1572252327.jpg
Oxunub: 706     13:13     28 Oktyabr 2019    
Rusiyanın ABŞ-dakı səfiri 1987-ci ildə imzalanan Orta Mənzilli Nüvə Qüvvələri müqaviləsində nəzərdə tutulan raketlərin Avropada yerləşdiriləcəyi təqdirdə, Moskvanın buna müvafiq cavab verəcəyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, səfir Anatoli Antonov bunun ən təhlükəli ehtimal olduğunu qeyd edib.

O bildirib ki, ABŞ-ın Avropada bu tip raketlər yerləşdirməsi ilk növbədə ABŞ-ın özünün və müttəfiqlərinin təhlükəsizliyinə təhdid yaradır.

Qeyd edək ki, Orta Mənzilli Nüvə Qüvvələri (INF) müqaviləsi 1987-ci ildə ABŞ Prezidenti Ronald Reyqan və Sovet Baş katibi Mixail Qorbaçov tərəfindən imzalanıb. Müqavilə 500-5000 kilometr aralığında yerüstü raketlərin hazırlanmasını və müxtəlif ərazilərdə yerləşdirilməsini qadağan edir. ABŞ bu ilin fevral ayında müqavilədən birtərəfli formada çıxdığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   ABŞ   OYMR  

Rusiyanın ABŞ-dakı səfiri: “Moskva Avropada yerləşdirilən raketlərə müvafiq cavab veəcək”

2019/10/10588-1572252327.jpg
Oxunub: 707     13:13     28 Oktyabr 2019    