Rusiyalı diplomat: “Rusiya raketlərin yerləşdirilməsi ilə bağlı moratorium tətbiq etməyə hazırdır, bir şərtlə...”

2018/10/7-10783175998.jpg
Oxunub: 707     13:14     23 Oktyabr 2019    
“Biz birtərəfli qaydada elan etdik və ABŞ müəyyən bölgələrdə qısa və orta mənzilli yerüstü raketlər yerləşdirmədiyi müddətcə Moskva bu kimi raketlərin yerləşdirilməsi ilə bağlı moratoriuma əməl edəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Andrey Belousov deyib.

O qeyd edib ki, Rusiya yeni raket böhranlarının qarşısını almağa çalışır.

Belousov ABŞ və müttəfiqlərini “oxşar qarşılıqlı addımlar atmağa” çağırıb.

Belousov eyni zamanda 1,5 ildən az müddətə başa çatacaq Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (“Yeni START”) gələcəyi ilə bağlı davam edən qeyri-müəyyənliyin narahatlığını dilə gətirib.

“Hazırkı şəraitdə bu razılaşmanın uzadılması strateji sabitlik sahəsindəki son problemlərin qarşısını almağa və dünyada hazırlanan yeni silahlara və hərbi texnikaya mümkün yanaşmaları nəzərdən keçirmək üçün daha çox vaxt qazanmağa imkan verəcək ağlabatan bir addım ola bilər”, - deyə rus diplomat bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   OYMR  

Rusiyalı diplomat: “Rusiya raketlərin yerləşdirilməsi ilə bağlı moratorium tətbiq etməyə hazırdır, bir şərtlə...”

2018/10/7-10783175998.jpg
Oxunub: 708     13:14     23 Oktyabr 2019    