Niyə M60 tankı on illərdən sonra hələ də “killer”dir

2019/10/M60_(-1571653322.jpg
Oxunub: 906     16:51     21 Oktyabr 2019    
M60 “Patton” tankları 1960-70-ci illərdə, M1 “Abrams”larla əvəzlənmədən öncə ABŞ ordusunun tank filotiliyasının onurğasını təşkil edirdi. Əvəzlənməsinə baxmayaraq, hələ də 19 ölkənin ordusunda 5 mindən çox “Patton” istifadə edilir. Bu ilin əvvəlində “Raytheon” onun istismar müddətinin uzadılması paketini (SLEP) elan etdi. Buraya yeni mühərrik, atəşə nəzarət sistemi və 120 millimetrlik toplar daxildir.

Həmin M60 SLEP “Israel Military Industries” tərəfindən M60 “Sabra” üçün təklif edilmiş üçmərhələli yenilənmə paketi ilə rəqabətdədir. “TSQ-nin silahlanmasındakı “Sabra”lar M60T kimi tanınır və onlar bu gün Suriyanın şimal ərazilərindəki döyüş meydanlarında aktivdir. Daha yaşlı “Patton” modelləri isə Yəməndə müharibənin hər iki tərəfinin istifadəsindədir.

Yeni “Patton”lar daha sürətli və ölümcül ola bilərlər. Bəs onlar müasir döyüş meydanları üçün kifayət qədər möhkəm ola biləcəkmi?

M60 öz əsasını özündən əvvəlki M26 “Perishing” ağır tankından alır. Ondan İkinci Dünya müharibəsindən sonrakı dövrdə istifadə edilirdi. “Perishing” sonralar 90 mm-lik toplarla silahlandırılmış “Patton” seriyalı tanklara transformasiya edildi. Bu tanklara M46, M47, M48-i aid etmək olar. M60 isə 1960-cı ildə təqdim olundu və seriyanın sonuncu üzvü idi. Tank özünün daha ağır zirehi və uzaq mənzilli, 105 mm-lik M68 topu ilə Sovetlərin T-54 tanklarına qarşı mübarizə üçün layihələndirilmişdi.

50 tonluq M60-lar Üçüncü Dünya müharibəsi təhlükəsindən dolayı Avropaya yerləşdirilsə də, Vyetnam müharibəsində istifadə edilmədi. Əvəzində M48-lər Şimali Vyetnamın PT-76 və T-54 tankları ilə qarşıdurmalara girdi. M60-lar isə ilk dəfə Yaxın Şərqdə istismar edildi. Yom Kippur müharibəsi zamanı İsrailin M60 tankları Colan Təpələrində 7-ci və 188-ci zirehli briqadanın xilasında Suriyanın 3 minlik tank bölmələrinə qarşı gərgin mübarizə apardı.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: M60   Tank  

Niyə M60 tankı on illərdən sonra hələ də “killer”dir

2019/10/M60_(-1571653322.jpg
Oxunub: 907     16:51     21 Oktyabr 2019    