Rusiya Baş naziri: “Daxili münaqişələri olan ölkələri NATO-ya sürükləmək cəhdi son dərəcə təhlükəlidir”

2019/09/602x3-1568351538.jpg
Oxunub: 1613     12:58     19 Oktyabr 2019    
“Daxili münaqişələri olan ölkələri NATO-ya sürükləmək cəhdi son dərəcə təhlükəlidir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Rusiya Baş naziri Dmitri Medvedyev Serbiyaya səfəri zamanı verdiyi müsahibəsində qeyd edib.

O, bunun çox ciddi nəticələrə səbəb olduğunu söyləyib.

“Daxili münaqişələri olan ölkələri NATO-ya sürükləmək cəhdi son dərəcə təhlükəlidir. Bosniya və Herseqovinanı qeyd etdik, amma başqa ölkələrin də adını çəkə bilərik. Gürcüstanda nə baş verir? Ukraynada nə baş verir? O ölkələr çətin vəziyyətdədir. Bunun çox ciddi nəticələri ola bilər. Buna görə də NATO-ya üzv dövlətlər belə qərarlar qəbul etməzdən əvvəl yüz dəfə düşünməlidirlər. Yeri gəlmişkən, məhz NATO-nu keçərək avtonom Avropa təhlükəsizliyini təmin etmək ideyası indi Avropada ciddi müzakirlərə səbəb olub. Bundan sonra nə olacağını görəcəyik”, - deyə Rusiya Baş naziri bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   NATO   Medvedev  

Rusiya Baş naziri: “Daxili münaqişələri olan ölkələri NATO-ya sürükləmək cəhdi son dərəcə təhlükəlidir”

2019/09/602x3-1568351538.jpg
Oxunub: 1614     12:58     19 Oktyabr 2019    