“Rusiyanın NATO bazalarına cavabı yalnız siyasi addımlarla məhdudlaşmayacaq”- Medvedyev

2019/10/10561-1571471792.jpg
Oxunub: 828     12:19     19 Oktyabr 2019    
“Moskvanın ölkənin hərbi təhlükəsizliyini təhdid etdiyi üçün NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi bazalar yerləşdirməsinə cavabı yalnız siyasi addımlarla məhdudlaşmayacaq”.

Ordu.az xarici Kİv-lərə istinadən xəbər verir ki, bunu Rusiya Baş naziri Dmitri Medvedyev bildirib.

O qeyd edib ki, heç kim Rusiyanın təhlükəsizliyini təmin etməklə bağlı öz maraqlarının olduğunu inkar etmir.

“Biz böyük bir ölkəyik, nüvə dövlətiyik və NATO bazalarını yaxın ətrafımıza yerləşdirmək istəyi açıq şəkildə bizi müsbət emosiyalarla doldura bilməz”, - deyə Medvedyev bildirib.

O qeyd edib ki, Balkanlarda müxtəlif yeni alyanslar və dövlətlər yaratmaq ideyaları çox təhlükəlidir.

“Çünki nəticədə ən təcavüzkar və ən millətçi yönümlü dairələr zorakılıq və silahdan istifadə edərək hədəflərini həyata keçirirlər və orada onsuz da kifayət qədərdirlər”, - deyə Medvedyev bildirib.

Rusiyalı Baş nazir ABŞ-ın dünyaya hakim olmasının Avropaya zərər gətirdiyini, Avropa ölkələrinin artıq ABŞ-ın bu istəklərindən bezdiyini söyləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   NATO   Medvedev  

“Rusiyanın NATO bazalarına cavabı yalnız siyasi addımlarla məhdudlaşmayacaq”- Medvedyev

2019/10/10561-1571471792.jpg
Oxunub: 829     12:19     19 Oktyabr 2019    