Çin ABŞ-ın dünyanın strateji əhəmiyyətli limanlarından istifadəsinin qarşısını almağı planlaşdırır

2019/10/001-1571471603.jpg
Oxunub: 388     15:52     19 Oktyabr 2019    
Dünən ABŞ rəsmiləri və analitikləri bildiriblər ki, Çin ABŞ ordusunun dünyanın strateji əhəmiyyətli limanlarından istifadəsinin qarşısını almağı planlaşdırır. Analitiklər Çinin xarici infrastruktur layihələrinə təcavüzkar şəkildə investisiya qoymaqla bunu etdiyini qeyd ediblər.

ABŞ Sahil Mühafizəsi və Dəniz Nəqliyyatı Komitəsinin səlahiyyəli nümayəndəsi Bib Qibbs bildirib ki, bu investisiyalarla bağlı iki narhatlıq var.

“Birincisi, bu aktivlərin ikili ticari və hərbi istifadəsi mümkündür. İkincisi, bu investisiyaların qoyulduğu ölkələrin borcları Çinin beynəlxalq fəaliyyətini asanlaşdıracaq və ABŞ-ın xaricdəki əməliyyatlarına maneə yaradacaq”, - deyə o bildirib.

Hərbi səlahiyyətli şəxslər də Çinin Amerikalıları qlobal nəqliyyatın əsas nöqtələrindəki limanlardan sıxışdırmağa çalışması fikri ilə razılaşıblar.

“Orada olmalıyıq - sadəcə seyr etməklə deyil, həm də iştirak etmək lazımdır”, - deyə Hava Qüvvələri general-leytenantı Giovanni Tuck qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   ABŞ  

Çin ABŞ-ın dünyanın strateji əhəmiyyətli limanlarından istifadəsinin qarşısını almağı planlaşdırır

2019/10/001-1571471603.jpg
Oxunub: 389     15:52     19 Oktyabr 2019    