Onlarla keçmiş erməni hərbi qulluqçu Qarabağa toplanır

2019/10/456-1571470743.jpg
Oxunub: 2843     11:37     19 Oktyabr 2019    
Bu günlərdə onlarla keçmiş erməni hərbi qulluqçular təcili şəkildə işğal altında olan Qarabağa gedib və noyabrın əvvəlinə qədər orada qalacaqlar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğvurd” qəzeti məlumat verib.

Keçmiş hərbi qulluqçulardan ibarət qrup Qarabağa nə üçün gedib?

“Bəlkə səbəb oktyabrın 17-də Azərbaycanın Tərtər rayonunda yüzlərlə azərbaycanlının mitinqdir? Belə ki, azərbaycanlılar bayraqlarla və “Qarabağ Azərbaycandır, Nida” yazısı ilə Qarabağa doğru hərəkət etmək istəyirdilər”, - deyə qəzet qeyd edib.

Erməni jurnalistlər Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyandan məsələni dəqiqləşdirməyə çalışıb.

“Ermənistan Respublikası Silahlı Qüvvələri planlı döyüş hazırlığı tədbirləri çərçivəsində il ərzində davamlı olaraq bir neçə dəfə hərbi təlimlər keçirir, bu zaman ehtiyatda olan hərbçilərin toplanışları baş tutur.

Bunlar müxtəlif ölçülərdə, müxətlif uzunluqda (böyük, kiçik) olur. Doğrudur, son zamanlar başa çatmış hərbi təlimlər müddətində çoxlu sayda ehtiyatda olan hərbi qulluqçunun çağırışı baş tutdu, çünki bu, son hadisə deyildi. Bu cür hadisələr davamlıdır, hər hansı bir şeylə əlaqəsi yoxdur, döyüş hazırlığımıza yönəlmiş vacib tədbirlərdir”, - deyə Hovhannisyan bildirib.

Alpər Mövludoğlu  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Onlarla keçmiş erməni hərbi qulluqçu Qarabağa toplanır

2019/10/456-1571470743.jpg
Oxunub: 2844     11:37     19 Oktyabr 2019    