Türkiyə Müdafiə naziri amerikalı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

2019/10/thumb-1571461615.jpg
Oxunub: 864     09:11     19 Oktyabr 2019    
Türkiyə Milli Müdafiə naziri, ordu generalı Hulusi Akar ABŞ Müdafiə naziri Mark Esper ilə telefonla danışıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Suriyanın şimalında təhlükəsizlik zonaları və Suriyanın ərazi bütövlüyü müzakirə olunub.

Türkiyə tərəfi bildirib ki, ABŞ-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. Qeyd olunub ki, rəsmi Ankara İŞİD-ə qarşı mübarizəni davam etdirmək əzmindədir.

O, ölkəsinin 120 saat müddətində PKK/YPG terror təşkilatları tərəfindən qoşunların çıxarılmasını, ağır silahların götürülməsi və qruplaşma istehkamlarının ləğvi prosesini yaxından izlədiyi bildirilib.

Akar, həmçinin Türkiyə Silahlı Qüvvələrinə qarşı hər hansı bir düşmənçilik fəaliyyəti baş verəcəyi təqdirdə, özünümüdafiə hüququndan istifadə edəcəklərini də vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Türkiyə  

Türkiyə Müdafiə naziri amerikalı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

2019/10/thumb-1571461615.jpg
Oxunub: 865     09:11     19 Oktyabr 2019    