Suriya ordusu Latakiyada silahlıların iki PUA-sını vurub

2019/10/15031-1571461323.jpg
Oxunub: 869     11:57     19 Oktyabr 2019    
Suriya hərbçiləri Latakiya vilayətinin Kban yaşayış məntəqəsində silahlıların buraxdığı iki Pilotsuz Uçuş Aparatını (PUA) vurub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriyada tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

Bakin qeyd edib ki, hərbçilərin cənub-qərb istiqamətdə buraxdığı iki pilotsuz uçuş aparatı Suriya Ərəb Respublikası silahlı qüvvələrinin bölmələri tərəfindən Latakiya əyalətinin Kban yaşayış məntəqəsi ərazisində vurulub.

O bildirib ki, İdlib de-eskalasiya zonasının ərazisində qanunsuz silahlı dəstələr tərəfindən hərbi əməliyyatların dayandırılması rejiminin pozulması davam edir.

Latakiya, İdlib və Həma əyalətlərindəki 15 yaşayış məntəqəsinin atəşə tutulduğu qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Suriya   PUA  

Suriya ordusu Latakiyada silahlıların iki PUA-sını vurub

2019/10/15031-1571461323.jpg
Oxunub: 870     11:57     19 Oktyabr 2019    