Rusiya səfiri: “Rusiyanın özəl hərbi şirkətlərinin Afrikada yerləşdirilməsi heç də pis deyil”

2019/10/8fb6f-1571390776.jpg
Oxunub: 687     17:41     18 Oktyabr 2019    
Rusiyanın son dövrdə Afrikada - xüsusilə almaz ilə zəngin Mərkəzi Afrika Respublikasında və son zamanlarda maye qaz ilə zəngin olan şimal Mozambikdə artan hərbi iştirakı bir çox şərhlərə və tənqidlərə səbəb olub.

Rusiyanın Cənubi Afrikadakı yeni səfiri İlya Roqacev gələn həftə Soçi şəhərində keçiriləcək ilk Rusiya-Afrika sammitini müzakirə etmək üçün Pretoria Universitetindəki bir seminarda bildirib ki, Rusiyanın özəl hərbi şirkətlərinin Afrikada və münaqişə bölgələrində yerləşdirilməsi düzgün istiqamətləndirmələri şərti ilə elə də pis fikir deyil.

Roqacev Rusiyanın Afrikaya başqa qlobal güclərlə təsir və təbii sərvətlər uğrunda mübarizənin bir hissəsi olaraq qayıtdığını iddia edənlərin səhv etdiyini bildirib.

“Onlar Rusiyanı müstəmləkəçi gözlərlə görürlər. Keçmiş müstəmləkə güclərindən fərqli olaraq, Rusiya Afrikalıları kiçik deyil bərabərhüquqlu tərəfdaşı kimi görür və əsasən təhlükəsizlik sahəsində əmədaşlıq etmək niyyətindədir”, - deyə o bildirib.

O, Sovet İttifaqı dövründə Rusiyanın Afrikada böyük bir oyunçu olduğunu, ölkələrə müstəqillik uğrunda mübarizədə kömək etdiyini və 1990-cı illərdə Sovet İttifaqının dağılmasından sonra Afrika ilə dostluğunun dayandığı, bir müddətdən sonra qitəyə qayıtdığını söyləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Hərbi-Kompaniya   Afrika  

Rusiya səfiri: “Rusiyanın özəl hərbi şirkətlərinin Afrikada yerləşdirilməsi heç də pis deyil”

2019/10/8fb6f-1571390776.jpg
Oxunub: 688     17:41     18 Oktyabr 2019    