ABŞ Cənubi Koreyanı qoşunlarına daha çox pul ödəməyə çağırır

2019/10/45645-1571390035.jpg
Oxunub: 768     14:43     18 Oktyabr 2019    
ABŞ-ın yüksək vəzifəli müdafiə rəsmisi Cənubi Koreyanın ortaq müdafiə üçün daha çox pul ödəməli olduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hind-Sakit okean regionunda təhlükəsizlik işləri üzrə Baş katibinin köməkçisi Devid Helvey cümə axşamı Vaşinqtonda Koreya-Amerika Araşdırmaları İnstitutu tərəfindən təşkil edilən təhlükəsizlik forumunda danışıb.

O qeyd edib ki, Koreya yarımadasında təhlükəsizliyin təmin olunması üçün müttəfiq və tərəfdaşlar bərabər töfhə verməlidir.

Helvey, həmçinin Seuldan Tokio ilə “Hərbi Məlumatlarla bağlı Ümumi Təhlükəsizlik Sazişini”nin yeniləməsini istəyib və Vaşinqtonun Cənubi Koreya ilə Yaponiya arasındakı münasibətlərdə problemlərə baxmayaraq təhlükəsizlik əlaqələrinin davam edəcəyinə inandığını bildirib.

Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurası Birləşmiş Ştatlarla müdafiə xərclərinin bölüşdürülməsi ilə bağlı məsələləri nəzərdən keçirdiyini bildirib.

Gələn həftə Seul və Vaşinqtonun “Xüsusi Tədbirlər Sazişi” danışıqlarının növbəti mərhələsinin keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, ABŞ-ın Koreya yarımadasında 28.500 nəfərlik qoşunu mövcuddur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Cənubi-Koreya  

ABŞ Cənubi Koreyanı qoşunlarına daha çox pul ödəməyə çağırır

2019/10/45645-1571390035.jpg
Oxunub: 769     14:43     18 Oktyabr 2019    