ABŞ ordusunun “Apache” helikopterləri modernləşdirilmiş turellərlə təmin olunacaq

2019/10/Lockh-1571383705.jpg
Oxunub: 2950     16:01     19 Oktyabr 2019    
ABŞ ordusu bu yaxınlarda “Lockheed Martin”lə AH-64E helikoperlərinə modernləşdirilmiş turellər (M-TUR) istehsal etmək üçün 40.6 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir, bu turellər M-TADS və PNVS qurğuları ilə helikopterin hədəf alma və gecə görmə imkanları artıracaq.

Qeyd olunur ki, müqavilənin imzalanmasında məqsəd helikopterlərin etibarlılığını artırmaq, olunan texniki xidmət və dəstək xərclərini azaltmaqdır.

M-TADS/PNVS “Apache” pilotlarını uzun məsafəli və dəqiq nişan almaq bacarıqları ilə gecə-gündüz, pis hava şəraitində müvəffəqiyyətli və təhlükəsiz uçuşla təmin edir.

“Lockheed Martin” son 14 ildə ABŞ ordusuna və 15 dövlətdəki 16 beynəlxalq müştərini 1400-dən çox M-TADS və PNVS sistemləri ilə təmin edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Apache  

ABŞ ordusunun “Apache” helikopterləri modernləşdirilmiş turellərlə təmin olunacaq

2019/10/Lockh-1571383705.jpg
Oxunub: 2951     16:01     19 Oktyabr 2019    