"XİN rəhbərləri Bratislavada keçiriləcək konfrans çərçivəsində görüşə bilər" - İqor Popov

2019/10/11530-1571217576.jpg
Oxunub: 693     13:18     16 Oktyabr 2019    
"Görüşdə Ermənistanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında Vyanada baş tutmuş son görüş zamanı müzakirə olunan humanitar yardım məsələləri ətrafında öz yanaşmalarımızı və baxışlarımızı təqdim etdik".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov işğal altında olan Qarabağdakı görüşdən sonra jurnalistlərlə açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüşdə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşünün nəticələri müzakirə edilib.

"Xüsusilə, jurnalistlərin gediş-gəlişi və ikitərəfli məhbus problemləri ilə bağlı məsələlərə toxunduq. Bu mənada bir neçə fikrimiz var və onlar ətrafında işlər davam etdirilir. Bu yaxınlarda Cenevrədə olduq, orada Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Piter Mauerlə görüşdük və bu mövzu ətrafında söhbət etdik. Danışıqlar prosesinə gəlsək, əgər iki ölkə Xarici İşlər nazirlərinin razılığı olarsa, bunu da planlaşdırırıq. Bu, dekabr ayında Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək konfrans çərçivəsində baş tuta bilər", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ATƏT   Qarabağ  

"XİN rəhbərləri Bratislavada keçiriləcək konfrans çərçivəsində görüşə bilər" - İqor Popov

2019/10/11530-1571217576.jpg
Oxunub: 694     13:18     16 Oktyabr 2019    