İran neft tankerinə hücumun arxasında başqa bir dövlətin durduğunu deyir

2019/10/47203-1571215580.jpg
Oxunub: 681     15:01     16 Oktyabr 2019    
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Qırmızı dənizdə vurulan neft tankeri ilə bağlı davam edən istintaqın bir sıra detallarını açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Zərif hücumun arxasında “başqa bir hökumət”in dayandığını bildirib.

İran Milli Neft Şirkətinin mətbuat katibi əvvəlcə gəminin hadisə zamanı Ciddə limanından bir neçə mil məsafədə yerləşdiyi üçün Səudiyyə Ərəbistanından atılan raket nəticəsində vurulduğunu bildirib, daha sonra neft şirkəti “hücumun mənşəyi hələ məlum deyil” deyərək bu açıqlamanı rədd edib.

İran prezidenti Həsən Ruhani həmin gün Tehranda keçirdiyi mətbuat konfransında baş verən hadisəni şərh edərək hücumun videosunun olduğunu iddia etsə də, hələ yayımlanmayıb.

“Tankerin bir kamerası var və bu kamera görüntüləri çəkib. Göndərilən görüntülərə baxdıq. Əlbəttə ki, gəmi gəlməlidir və videolara daha yaxından baxılmalıdır”, - deyə Ruhani qeyd edib.

O bildirib ki, hadisə terror aktı deyil, arxasında xarici bir dövlət var.

Qeyd edək ki, gəmi zərər görsə də, İrana qayıda bilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Tanker   Terror  

İran neft tankerinə hücumun arxasında başqa bir dövlətin durduğunu deyir

2019/10/47203-1571215580.jpg
Oxunub: 682     15:01     16 Oktyabr 2019    