"Qoşunlarımız əməliyyat bitdikdən sonra Suriyanı tərk edəcək" - Ərdoğan

2019/09/erdog-1567842377.jpg
Oxunub: 811     09:41     16 Oktyabr 2019    
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qoşunları Suriyanın şimalından bu bölgədə aparılan antiterror əməliyyatları bitdikdən sonra çıxarmaq niyyətində olduqlarını bildirib".

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin Suriyadakı vəziyyətin nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ərdoğan, prinsipcə, hər kəsə əməliyyat keçirməyə hazırlaşdıqlarını, əməliyyatın məqsədinin terrorçu qruplaşmalara qarşı mübarizə aparmaq olduğunu xəbərdar edib.

"Təbii ki, bu vəzifəni yerinə yetirən kimi türk qoşunları Suriyanın şimalından çıxarılacaq”, - deyə Lavrentyev qeyd edib.

O, qoşunların çıxarılacağı vaxtla bağlı hər hansı bir tarix səsləndirməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: TSQ   Türkiyə   Barış-Pınarı  

"Qoşunlarımız əməliyyat bitdikdən sonra Suriyanı tərk edəcək" - Ərdoğan

2019/09/erdog-1567842377.jpg
Oxunub: 812     09:41     16 Oktyabr 2019    