ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfər edəcəklər

2019/10/Pompe-1571202008.jpg
Oxunub: 583     10:13     16 Oktyabr 2019    
Bu gün, ABŞ-ın vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo Suriyanın şimal-şərqindəki vəziyyətlə əlaqədar Türkiyəyə səfər edəcəklər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

Yayılan məlumatlara görə, ABŞ nümayəndə heyətinə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də daxildir.

Qeyd edək ki, oktyabrın 17-də Pens, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu Pensin, ABŞ-ın vitse-prezident kimi Türkiyəyə ilk səfəri olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Türkiyə  

ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfər edəcəklər

2019/10/Pompe-1571202008.jpg
Oxunub: 584     10:13     16 Oktyabr 2019    