BMT: Dünyada nüvə müharibəsinin riskləri artır

2019/10/Dove2-1571201918.jpg
Oxunub: 615     11:47     16 Oktyabr 2019    
“Dünyada nüvə müharibəsinin riskləri artır. Mövcud vəziyyət təhlükəli hala gəlib. Bunun üçün isə bir çox səbəblər mövcuddur. Bunlar - ölkələr arasında etimadın, dialoqun olmaması, elmin və yeni texnologiyaların sürətli inkişafıdır”.

Ordu.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini İzumi Nakamitsu “Kommersant” a müsahibəsində bildirib.

Onun sözlərinə görə, təəssüf ki, dövlətlər arasında, o cümlədən nüvə silahına sahib olan güclər arasında etimad ciddi şəkildə pozulur.

“Dialoqun olmamasını da qeyd etmək lazımdır. Görünür, güclü dövlətlər hərbi imkanları diplomatiya, danışıqlar və dialoqdan daha çox dəyərləndirməyə başlayıblar”, - deyə o qeyd edib.

Nakamitsu, beynəlxalq münasibətlərdə də kəskin ritorikaya çevrilən ümumi bir pisləşmənin mövcud olduğunu ifadə edib: “Acınacaqlı vəziyyət gözümüzün qarşısında inkişaf edir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BMT   Nüvə-müharibəsi  

BMT: Dünyada nüvə müharibəsinin riskləri artır

2019/10/Dove2-1571201918.jpg
Oxunub: 616     11:47     16 Oktyabr 2019    