ABŞ ordusu yeni hava və raketdən müdafiə strategiyası hazırlayıb

2019/10/SLVE4-1571136745.jpg
Oxunub: 614     16:31     15 Oktyabr 2019    
ABŞ ordusu cari ilin martında özünün yeni hava və raketdən müdafiə layihəsini təqdim etdi. Bununla bağlı məlumat verən ABŞ ordusunun Kosmos və Raketdən Müdafiə Komandanlığının rəhbəri general-leytenant Ceyms Dikinson bildirdi ki, mexanizmin məqsədi dron və hipersəs raketlər kimi getdikcə böyüməkdə olan təhdidlərin qarşısını almaq və çoxmissiyalı bölmələr formalaşdırmaqdır.

O, strategiyanın bu vaxta qədər əldə edilmiş və hazırda təkmilləşdirmə mərhələsində olan imkanlardan istifadə etməklə gələcək hava və raketdən müdafiə qüvvələri üçün aydın bir istiqamətləndirici sənəd olacağını bildirib. Yeni strategiyanın açar nöqtələri raketdən müdafiə qüvvələrinin manevr halında olan quru qoşunlarını, döyüş meydanındakı kritik obyektləri, digər əməliyyat zonalarını müdafiə edə biləcəyindən əmin olmaqdır.

Bir neçə ildir üzərində işlənən sənədin ABŞ QQ-nin 2028-ci ilə qədər çoxdomenli əməliyyatlar həyat keçirə bilən, tam modernləşdirilmiş qüvvə olma məqsədinin tərkib hissəsi olan raketdən müdafiə qüvvələri əsasında hazırlandığı deyilir.

Strategiyanın dörd əsas məqsədi var:

Raketdən müdafiə üçün düzgün materialların əldə edilməsi;
Çoxdomenli əməliyyatlarda döyüşmək üçün düzgün qoşun strukturunun hazırlanması;
Hazırlıqlı və təlim görmüş raketdən müdafiə qüvvələrinin təminatı;
Müttəfiq və partnyor qüvvələrlə birlikdə ön xətdə mövcudluğun davam etdirilməsi imkanlarının möhkəmləndirilməsi.

Mövcud strukturda “Patriot” və THAAD batalyonları var, lakin bu imkanların, strukturların bir-birinə inteqrasiya edilməsi, gələcəkdə çoxmissiyalı hava və raketdən müdafiəyə böyük töhfə verə bilər. ABŞ QQ həm də M-SHORAD batalyonları yaratmaq istəyir. İlk belə batalyonun 2021-ci ildə, əlavə üçünün isə 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   HHM   Strategiya  

ABŞ ordusu yeni hava və raketdən müdafiə strategiyası hazırlayıb

2019/10/SLVE4-1571136745.jpg
Oxunub: 615     16:31     15 Oktyabr 2019    