Türkiyənin Suriyadakı əməliyyatlarının Ermənistan üçün təhlükəli nəticəsi - 102-ci baza müzakirə obyektinə çevrilib

2019/10/8b5fb-1570433616.jpg
Oxunub: 3709     16:33     16 Oktyabr 2019    
“Bir çoxu Türkiyənin Suriyadakı əməliyyatlarını Ermənistanda Rusiya hərbi bazasının mövcudluğuna haqq qazandırmaq və bu mövcudluqla bağlı hər hansı bir danışıqları, iradları rədd kimi qəbul edir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Aram Amatuni öz mqaələsində qeyd edib.

Onun sözlərinə görə, hətta belə təəssürat yaranır ki, bu insanlar Suriyanın şimalındakı vəziyyətdən bir o qədər də narahat deyillər, onları narahat edən əsas amil Rusiya hərbi bazası və onun Ermənistandakı mövcudluğu barədə hər hansı bir müzakirəni istisna edə bilməkdir.

“Ümumiyyətlə, burada problem daha genişdir və əslində ictimai şüurda Rusiyanın “xilaskar” rolunda olması güclü bir şəkildə ortaya atılır, bunun üçün “Türk amili” də bu məqsədlə istifadə olunur. Türkiyənin erməni amili ilə problemləri var və Ermənistan ilə həmsərhəddir. Bu kontekstdə, Rusiyanın Ermənistandakı hərbi bazası ilə bağlı mühakimələrlə ifadə olunan geniş bir tendensiya mövcuddur”, - deyə o bildirib.

Politoloq qeyd edib ki, Rusiyanın Ermənistanın hərbi və siyasi təhlükəsizliyində böyük rol oynadığı və Rusiya hərbi bazasının bu baxımdan ən vacib vasitə olması şübhə altındadır.

“Hərbi bazanın Ermənistandan çıxarılmasına dair qəti iddiaların olduqca primitiv və ekstremal olması da şübhəsizdir. Ancaq problem burasındadır ki, əvvəla, hərbi bazanın mövcudluğu və Rusiyanın vacib rolu hələ də bu rolun fasiləsiz reallaşacağını bildirmir. Biz Rusiyaya Aprel döyüşlərində yalnız ermənilərin hissləri üzərində oynayarkən deyil, Türkiyə və Azərbaycanla ticarət obyekti halına gətirməkdə mühüm rol oynadığı vaxt əmin olduq. Buna görə, əsas məsələ Rusiyanın və onun hərbi bazasının Ermənistanın maraqları və təhlükəsizliyi kontekstində oynadığı, bu maraq və təhlükəsizliyi türklərlə ticarət etməməsi vəziyyətinin necə qurulmasıdır. Burada vacib olan odur ki, Rusiyanın ən vacib rolunu qeyd edərkən, erməni xalqı heç vaxt “rolu və əhəmiyyəti” unutmasın. İstənilən halda onun təhlükəsizliyinin heç bir xilaskardan qaynaqlanmadığını bilməli və bu “xilaskar” olmadan biz, itib batarıq deyə düşünməməlidir. Rusiyanı rolunu oynamağa məcbur etmək və onu türklərlə təhlükəsizliyimiz hesabına ticarətdən çəkindirmək üçün əsas səbəblərdən biri budur ki, Rusiyadan başqa müttəfiq və tərəfdaş təhlükəsizlik alternativimiz olmadığını heç vaxt düşünməməliyik.

Buna görə Suriyadakı mövcud vəziyyət, əlbəttə ki, Rusiyanın Ermənistanla bağlı bir sıra problemli siyasi məqamlarının olduğunu israr etmək, amma təhlükəsizliyə alternativimiz yoxdur deyə bəzi mürəkkəb təbliğat texnologiyasından istifadə edilməsi təhlükəlidir. Bu, təhlükəli Rusiya-Türkiyə ticarətinin Ermənistanın hesabına başlaması və Ermənistanın və ermənilərin şüurunda alternativlərin olmamasını yeritməklə başlayır”, - deyə Amatuni məqaləsində bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Ermənistan   Barış-Pınarı  

Türkiyənin Suriyadakı əməliyyatlarının Ermənistan üçün təhlükəli nəticəsi - 102-ci baza müzakirə obyektinə çevrilib

2019/10/8b5fb-1570433616.jpg
Oxunub: 3710     16:33     16 Oktyabr 2019    