Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, helikopter S-97 (və “Sikorsky”nin X2 eksperimental helikopteri) kimi “Raider X” dizaynı da yüksək sürətlə daha yaxşı işləməsi üçün hazırlanmış koaksial sərt rotorlardan istifadə edir.
Koaksial rotorlar, həmçinin “Raider X”in 9000 futdan çox yüksəklikdə saatda 250 düyündən (463 km/saat) artıq sürətə çatmasına imkan verir.
Helikopterin yüksək və alçaq hündürlükdə manevr qabiliyyəti, uçuş nəzarətinin optimallaşdırılması və vibrasiya azaldılması kimi keyfiyyətləri mövcuddur.
Sevinc Əliyeva
Ordu.az