NATO Baş katibi Türkiyəyə qarşı “yumşaq” davranmaqda ittiham edilib

2019/10/20190-1571119149.jpg
Oxunub: 711     13:58     15 Oktyabr 2019    
NATO Baş katibi Yens Stoltenberqin Türkiyənin Suriyanın şimalındakı terrorçulara qarşı keçirdiyi əməliyyata münasibəti NATO parlamentariləri tərəfindən müsbət qarşılanmayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Baş katib Türkiyəyə silah satışını dayandırmaq istəyən ölkələr təfəfindən sərt tənqid olunub.

NATO Parlament Assambleyasının plenar iclasında Stoltenberq Türkiyə prezidenti R.T.Ərdoğanla görüşəndə dərin narahatlıqlarını ifadə etdiyini bildirib.

“Ortaq düşmənimiz olan İŞİD-ə qarşı əldə etdiyimiz nailiyyətləri qorumaq üçün Türkiyənin təmkinli və digər müttəfiqlərlə əlaqəli davranacağını gözləyirəm”, - deyə o qeyd edib.

Lakin çıxışından sonra Stoltenberq İŞİD tərəfindən terror hücumlarına məruz qalmış ölkələr, xüsusən Fransa və Belçikadan olan nümayəndələrin sərt tənqidləri ilə üzləşib.

Fransa Senatının üzvü Kristian Kambon vəziyyətin qəbuledilməz olduğunu və Stoltenberqin Türkiyəyə qarşı “çox yumşaq” olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Stoltenberq  

NATO Baş katibi Türkiyəyə qarşı “yumşaq” davranmaqda ittiham edilib

2019/10/20190-1571119149.jpg
Oxunub: 712     13:58     15 Oktyabr 2019    