Paşinyanın gizli qorxusu - Güc strukturları

2019/10/timth-1570530057.jpg
Oxunub: 1569     16:00     14 Oktyabr 2019    
Ermənistanda hakimiyyət dəyişdikdən bəri Nikol Paşinyan yeni hakimiyyət orqanlarının işinin şəffaf olduğunu xalqa göstərməyə çalışır.

Məhz buna görə o, öz “Facebook” səhifəsində ictimai narahatlıq doğuran məsələlərə aydınlıq gətirməyə çalışır, həm də şəxsən ölkənin müxtəlif yaşayış məntəqələrini ziyarət edir və insanlarla ünsiyyət qurmağa çalışır.

Ancaq canlı yayımlar və mətbuat konfransları zamanı Paşinyan, əsasən əhəmiyyətsiz mövzuları ön plana çəkir və ictimai maraq doğuran bəzi məsələlər kölgədə qalır, məsələni müəyyən bir bucaqda aydınlaşdırmağa çalışır.

Hüquq-mühafizə orqanlarının, MTX rəhbəri Artur Vanetsyan və polis rəhbəri Valeri Osipyanın niyə istefa etməsi, bu gün də insanlar üçün bir sirr olaraq qalmaqda davam edir.

Paşinyan onların işindən də məmnun görünürdü, əks təqdirdə Osipyan və Vanetsyana general rütbəsi verməzdi. Axı, sakinlər arasında da onların fəaliyyətlərindən narazı deyildilər, üstəlik, hər ikisi erməni cəmiyyətində yüksək reytinqlərə malik idi.

Osipyanın cəmi bir neçə gün qalmaqla, həm də məzuniyyətdə olduğu müddət ərzində Paşinyanla məsləhətçi kimi işləmək istəmədiyi də qəribədir.

Bir maraqlı digər məsələ, istefalar barədə şayiələrin ümumiyyətlə bir neçə gün əvvəl mətbuatda yayılması, sonra aidiyyəti orqanlar tərəfindən təkzib edilməsi, ancaq bir müddət sonra istefa barədə məlumatların təsdiqlənməsidir.

Əvvəlcə mətbuatda bildirilmiş, sonra rədd edilmiş, daha bir neçə gün sonra istefası təsdiq edilən Vanetsyan və Osipyanın istefaları buna misaldır. Bu yaxınlarda erməni KİV-lərində müdafiə naziri Davit Tonoyanın da istefa verdiyi bildirildi.

Maraqlıdır ki, 1 saatdan artıq təkzib edilməyən məlumat, saytlardan birində yayıldıqdan sonra müxtəlif xəbər portallarında geniş yayıldı, bundan sonra yalnız Paşinyan bu xəbərləri absurd kimi qiymətləndirdi.

Tonoyan erməni iqtidarında qalan azsaylı “ixtisaslı” məmurlardan biridir. Lakin bu, Tonoyanın istefa verə biləcəyi şübhəsini aradan qaldırmır, çünki əvvəlcə Vanetsyan və Osipyanın istefası barədə şayiələr eyni şəkildə təkzib edilib. Eyni şey Xarici İşlər naziri Zohrab Mnatsakanyan üçün də keçərlidir.

Heç bir ölkədə güc strukturlarının rəhbərlərinin istefası təsadüfi ola bilməz.

Paşinyanın güc strukturları rəhbərlərinin konkret hansı fəaliyyətindən razı qalmadığı barədə suala verilən yayındırıcı cavabları, onun cəmiyyətdə reytinqinin azalmağa başlaması və yüksək reytinqli ictimai xadimlərdən yaxa qurtarmağa çalışdığına dair şübhələri artırmaqdadır. Gələcəkdə Paşinyanla müqayisədə bu yüksək nüfuza malik ictimai xadimlər daha çox xalq dəstəyinə sahib ola bilər. Bu da Paşinyanın baş nazir vəzifəsindən istefa etməsinə zəmin yarada bilər.

Əgər Paşinyanın narahatlıqları həqiqətən də hüquq-mühafizə orqanlarının yüksək reytinqləri ilə əlaqədardırsa, o zaman bu hal bir lider kimi onun lehinə deyil, çünki öz reytinqlərinə diqqət yetirmək və daha effektiv işləmək əvəzinə sərbəst çalışan məmurlardan yaxa qurtarmağa çalışır.

Çox vaxt hakimiyyətin hərəkətləri güc strukturlarının vasitəsilə tarazlaşdırılır. Paşinyanın gözlənilməz planlarına bir qədər maneə törətmək, onun jurnalist təcrübəsinə əsaslanaraq, sensasiyalara böyük üstünlük verməsi, ictimailəşdirməyi, beləliklə imicini qoruyub saxlamağı və hakimiyyət müddətini uzatma kimi düşünməsi xəyallarının qarşısını güc strukturları ala bilirdi.

Çox güman ki, Ermənistanda MTX və polis rəisləri vəzifələrini mülki vəziyyətə gətirəcək qanunvericilik təşəbbüsü tezliklə qüvvəyə minəcək. Tezliklə bu vəzifəyə təyin edilənlər yalnız peşə bacarıqlarına görə geri qalmayacaq, həm də tamamilə könüllü olacaqlar.

O zaman Ermənistan hakimiyyətinin fəaliyyəti daha özbaşına və balanssız hala gələ bilər, çünki hakimiyyət daxilində tək şəxsiyyət hakimiyyətinə qarşı heç bir güc qalmayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Güc-strukturları  

Paşinyanın gizli qorxusu - Güc strukturları

2019/10/timth-1570530057.jpg
Oxunub: 1570     16:00     14 Oktyabr 2019    