“Barış Bulağı” həm NATO, həm Aİ sərhədlərini müdafiə edir

2019/10/645x3-1570869403.jpg
Oxunub: 925     13:06     12 Oktyabr 2019    
“Barış Bulağı” əməliyyatı dünyanı təhdid edən terror ünsürlərini aradan qaldırmaq cəhdidir və yanlış anlaşılmalar səbəbindən Türkiyənin bu hədəfi NATO və Avropa İttifaqı tərəfindən başa düşülmür.

Lakin Türkiyənin cənub sərhədini terror ünsürlərindən qoruması həm də NATO və Aİ sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir addımdır, çünki bu terrorçular təkcə Türkiyəyə deyil, bütün dünyaya təhlükə yaradır.

Beynəlxalq aləmdə vurğulanmalı olan iki əsas məqam var: “İşğal” əvəzinə “əməliyyat” sözünün beynəlxalq səviyyədə qəbul edilməsi və İŞİD-ə qarşı mübarizənin vurğulanması lazımdır.

NATO-nun türk parlamentarisi İlhan Kesicinin bu təklifi beynəlxalq aləmdə yanlış formalaşmış terminlərin geniş şəkildə istifadəsinə cavabdır və həqiqətən Türkiyənin etdikləri bu konteksdə təhrif edilir.

PKK terror qruplaşması və Suriyadakı YPG Suriyanın gələcəyi üçün ən böyük təhdiddir, ölkənin ərazi bütövlüyünü və vahid quruluşunu təhlükə altında qoyur.

ABŞ-ın İraqa hərbi hücumunu “hərbi əməliyyat” olaraq ifadə etdiyi kimi, qanuni bir mübarizə aparan Türkiyə də öz haqlılığını fasiləsiz səsləndirməlidir. Türkiyə yalnız YPG və ya PKK ilə mübarizə aparmır. Cənubdakı bütün terror təşkilatları ilə mübarizə aparır.

Qeyd edək ki, Türkiyə 1952-ci ildə Alyansa qoşulduqdan bəri NATO-nun ən vacib üzvlərindən biridir və ittifaqa öz töhfəsini verməkdə davam edir. 67 ildir üzv olduğu və Yaxın Şərqdəki təcrübəsi, habelə terrorizmə qarşı mübarizəsi ilə Türkiyə ittifaqda ikinci ən böyük ordusu olan NATO missiyaları və əməliyyatlarına ən çox töhfə verən 5 ölkədən biridir.

NATO baş katibi Yens Stoltenberq Türkiyənin “dəhşətli terror hücumlarına” məruz qaldığını və minlərlə qaçqını qəbul etdiyini “qanuni təhlükəsizlik baxımından narahatlıqlarını” etiraf etsə də, ittifaqın bəzi üzvləri müttəfiq olan Türkiyəni dəstəkləmədilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   NATO   Barış-pınarı  

“Barış Bulağı” həm NATO, həm Aİ sərhədlərini müdafiə edir

2019/10/645x3-1570869403.jpg
Oxunub: 926     13:06     12 Oktyabr 2019    