ABŞ HHQ-nin “Valkyrie” PUA-sı üçüncü uçuşunda zədələnib

2019/10/10731-1570869340.jpg
Oxunub: 2932     16:35     12 Oktyabr 2019    
ABŞ Hərbi Hava Qüvvələrinin F-22 və F-35 pilotlarının “sadiq qanadçısı” olmaq üçün nəzərdə tutulmuş XQ-58A “Valkyrie” PUA-sı bu həftənin əvvəlində edilən son uçuşda zədələnib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Arizona ştatının Yuma bölgəsində sınaq poliqonundakı yüksək səth küləkləri 28 metr uzunluğunda olan “Valkyrie” PUA-sını zədələyib.

Təmirin nə qədər davam edəcəyi və ya dördüncü uçuşun nə vaxt olacağı barədə heç bir məlumat verilməyib.

PUA ilk dəfə bu ilin mart ayında uçub. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin Lazer Silah Sistemi kimi futuristik silah sahəsində ixtisaslaşan “Kratos Defence and Security Solutions” adlı müdafiə firması tərəfindən istehsal edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   HHQ   Valkyrie  

ABŞ HHQ-nin “Valkyrie” PUA-sı üçüncü uçuşunda zədələnib

2019/10/10731-1570869340.jpg
Oxunub: 2935     16:35     12 Oktyabr 2019    