Suriyadakı Rusiya hərbi polisinin yaxınlığında bomba partladılıb

2019/10/12337-1570868958.jpg
Oxunub: 592     12:50     12 Oktyabr 2019    
Suriyanın Dera şəhərindəki Rusiya hərbi polisinin yaxınlığında əldəqayırma partlayıcı qurğu işə düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

O qeyd edib ki, oktyabrın 11-i səhər saat 10: 25-də, Suriyanın cənubundakı Dera şəhərinin Anhul qəsəbəsindən 700 metr qərbdə Rusiya hərbi polisinin yaxınlığında əldəqayırma yararsız partlayıcı qurğu işə düşüb.

“20 dəqiqə sonra Suriya təhlükəsizlik əməkdaşları hadisə yerinə gəlib. Bu vaxt ikinci əldəqayırma bomba partladılıb. Suriyalı təhlükəsizlik işçilərinin avtomobili zədələnib, iki suriyalı zabit yüngül xəsarət alıb”, - deyə o bildirib.

Bakinin sözlərinə görə, qeyri-qanuni silahlı dəstələr Suriyanın şimal-şərqində Türkiyənin əməliyyatları fonunda Suriyanın müxtəlif bölgələrində fəaliyyətlərini artırıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Suriya   Rusiya   Partlayış  

Suriyadakı Rusiya hərbi polisinin yaxınlığında bomba partladılıb

2019/10/12337-1570868958.jpg
Oxunub: 595     12:50     12 Oktyabr 2019    