Çin ordusunun ən son helikopterləri “Fly-by-Wire” idarəetmə sistemindən istifadə edir

2019/10/10770-1570868851.jpg
Oxunub: 686     17:16     12 Oktyabr 2019    
Oktyabr 1-də Çində keçirilən paradında nümayiş olunan Z-20 helikopterlərində mürəkkəb döyüş vəziyyətində uçuşu asanlaşdıran və etibarlı hala gətirən “Fly-by-Wire” idarəetmə vasitəsindən istifadə edilir.

“Çinin ilk yerli istehsalı olan Z-20 helikopteri daha həssasdır, çünki “Fly-by-Wire" idarəetmə sistemindən istifadə edilir”, - deyə Z-20 pilotu Song Xinning qeyd edib.

Ənənəvi idarəetmə sistemlərindən fərqli olaraq, bu sistem lazım olan əmrləri kompüter vasitəsi ilə verir.

Əlavə hesablama apara bilən kompüter sayəsində pilot təyyarəni daha asan və sabit şəkildə idarə edə bilər.

Qeyd edək ki, Z-20 müxtəlif ərazilərə və hava şəraitinə uyğunlaşa bilən, heyət və yük daşımaları, axtarış və xilasetmə, kəşfiyyat və sualtı əleyhinə əməliyyatlar da daxil olmaqla, bir çox missiyalarda istifadə edilə bilən orta hündürlüklü bir helikopterdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   Z-20  

Çin ordusunun ən son helikopterləri “Fly-by-Wire” idarəetmə sistemindən istifadə edir

2019/10/10770-1570868851.jpg
Oxunub: 687     17:16     12 Oktyabr 2019    