Putin MDB liderlərinə ABŞ-la bağlı narahatçılığını çatdırıb

2019/10/11841-1570868674.jpg
Oxunub: 538     12:13     12 Oktyabr 2019    
Rusiya Prezidenti Vladimir Putin cümə günü Müstəqil Dövlətlər Birliyinin (MDB) liderlərinə ABŞ-ın hərbi gücünün qlobal təhlükəsizliyə yaratdığı təhdidlər barədə xəbərdarlıq edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə o, Türkmənistanın paytaxtı Aşqabadda keçirilən MDB zirvə toplantısında danışıb.

Rusiya prezidenti ABŞ-ın Orta Mənzilli Nüvə Razılaşması Müqaviləsindən çıxmasını və əvvəllər qadağan edilmiş raketləri yerləşdirmək niyyətini xatırladıb.

“Pentaqon rəsmiləri artıq onları Asiyada yerləşdirməyi planlaşdırdıqlarını açıqlayıblar. Bunu birbaşa və açıq elan ediblər, Yaponiya və Cənubi Koreya ilə danışıqlar apardıqlarını söyləyiblər”, - deyə Putin Kremlin saytında dərc edilmiş nitqində qeyd edib.

Rusiya prezidenti Belarusun BMT Baş Assambleyasının son iclasında Avropada yerüstü orta mənzilli raketlərin yerləşdirilməməsi haqqında çoxtərəfli bəyannamə hazırlamaq təklifini alqışlayıb.

O, həmçinin MDB ölkələrinə Rusiyanın kosmosda silah yarışının qarşısının alınması ilə bağlı irəli sürdüyü birgə bəyanatı dəstəklədiklərinə görə təşəkkür edib.

Putin qeyd edib ki, döyüş sistemlərinin Yer kürəsindəki orbitə yerləşdirilməsi Avropada ortamənzilli raketlərin yerləşdirilməsindən daha çox qlobal təhlükəsizliyiə təhdid ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Putin   ABŞ   MDB  

Putin MDB liderlərinə ABŞ-la bağlı narahatçılığını çatdırıb

2019/10/11841-1570868674.jpg
Oxunub: 541     12:13     12 Oktyabr 2019    