İmran Xan Türkiyənin Suriyadakı əməliyyatlarını dəstəkləyib

2019/02/imran-1551360135.jpg
Oxunub: 820     11:28     12 Oktyabr 2019    
Pakistan Baş naziri İmran Xan Ankaranın Suriyadakı hərbi əməliyyatları məsələsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla həmrəy olduğunu və tam dəstəklədiyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin katibliyindən məlumat yayılıb.

Məlumata görə, Xan cümə günü telefon danışığı zamanı Ərdoğana dəstəyini dilə gətirib.

“Pakistan Türkiyənin terrorla bağlı narahatlığını tamamilə bölüşür. Pakistan Türkiyənin üzləşdiyi təhdid və çətinliklərdən tam xəbərdardır. Türkiyənin təhlükəsizlik, regional sabitlik və Suriyada nizamlanmanın gücləndirilməsi üçün göstərdiyi səylərinin tamamilə uğurlu olmasını diləyirik”, - deyə Baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pakistan   İmran-Xan   Suriya-Türkiyə  

İmran Xan Türkiyənin Suriyadakı əməliyyatlarını dəstəkləyib

2019/02/imran-1551360135.jpg
Oxunub: 821     11:28     12 Oktyabr 2019    