Türkiyə MN ABŞ-ın müşahidə məntəqəsinin atəşə tutulmasını təkzib edib

2019/10/23423-1570857062.jpg
Oxunub: 681     09:43     12 Oktyabr 2019    
Türkiyə Milli Təhlükəsizlik Nazirliyi Suriyada Fərat çayının şərqində ABŞ qoşunlarının müşahidə məntəqəsinin atəşə tutulması barədə iddiaları təkzib edib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Nazirliyinin bəyanatında deyilir.

Nazirliyin bəyanatında deyilir ki, Türkiyənin Suruç şəhərinin cənubunda sərhəd zastavaları Amerikanın müşahidə məntəqəsindən 1 kilometr cənub-qərbdə yerləşən yüksəkliklərdən pulemyotlardan və minaatanlardan atəşə məruz qalıb.

Qeyd edilir ki, özünümüdafiə çərçivəsində terrorçuların mövqelərinə cavab atəşi açılıb: "ABŞ-ın müşahidə məntəqəsinin atəşə tutulması barədə söhbət belə ola bilməz. Cavab atəşindən öncə Amerika bazasına ziyan dəyməməsi üçün bütün lazımi tədbirlər görülüb. Amerika tərəfindən məlumat verildikdən sonra xəbərdarlıq atəşi tərəfimizdən dayandırılıb. Bizim ABŞ və koalisiya hərbçilərini vurduğumuz barədə söhbət belə ola bilməz".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Barış pınarı" adı altında hərbi əməliyyatlara başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   ABŞ  

Türkiyə MN ABŞ-ın müşahidə məntəqəsinin atəşə tutulmasını təkzib edib

2019/10/23423-1570857062.jpg
Oxunub: 682     09:43     12 Oktyabr 2019    