ABŞ HHQ niyə daha 24 ədəd F-22 istifadəyə verdi?

2019/10/54730-1570793551.jpg
Oxunub: 502     14:02     12 Oktyabr 2019    
ABŞ Hərbi Hava Qüvvələrinin Alyaskadakı qanadı 24 ədəd F-22 “Raptor” stels təyyarə, 1 ədəd E-3 radar və C-17 transport təyyarəsi istifadəyə verdi. Elmendorf aviabazasında baş tutan mərasimdə bazadan yayılmış fotolarda böyük F-22 eskadrilyası diqqəti çəkir. Bu, həm 3 saylı HHQ qanadının baxım imkanlarını, həm də HHQ-nin F-22-lərin istifadəyə verilməsi ilə bağlı strategiyasını qabardır.

ABŞ HHQ-nin 3 saylı Bölməsi 2018-ci ilin sonlarında da 42 ədəd “Raptor” əldə etmişdi. Həmin ilin oktyabrında baş verən qasırğanın Floridadakı Tindal bazasını vurmasından sonra HHQ buradakı 55 ədəd F-22-ni digər təsisatlara paylaşdırdı. Bunlardan altısı isə Elmendorfun payına düşdü.

Ümumilikdə ABŞ HHQ 183 “Raptor”a sahibdir. Bunlardan təxminən 120-si döyüş tapşırıqlı, ən yeni proqram təminatı və silah-sursatlarla təchiz edilib. HHQ heç vaxt mövcud altı eskadrilyanı azı 24 təyyarə ilə təchiz etmək üçün kifayət qədər vasitəyə sahib deyil. Lakin təyyarələr adətən 4 ədədlik strukturlarda əməliyyat apardığından 24 təyyarəlik eskadrilyanın 18 təyyarəlikdə xeyli effektiv olacağı düşünülür. Üstəlik bir 18 təyyarə ilə 24 təyyarənin saxlanması arasında bir o qədər də fərq yoxdur.

Ötən il dövrün ABŞ Müdafiə naziri Ceyms Mettis bütün HHQ, Donanma və Dəniz Korpusunun F-15, F-16, F/A-18, F-22 və F-35-dən ibarət eskadrilyalarının azı 80%-nin 2019-cu ilin sentyabrına qədər döyüş hzırlığı səviyyəsinə çatdırılmalı olduğunu əmr vermişdi. Lakin bunun F-22 üçün mümkün olmayacağı söylənilir. Bunu, ABŞ HHQ-nin rəhbəri Hezer Uilson bu ayın ortalarında Konqresin dinləmələri zamanı etiraf etdi.

Lakin 24 ədəd F-22 və bir ədəd C-17-nin istifadəyə verilməsi, E-3 radar təyyarəsinin silahlanmaya daxil edilməsi ilə Elmendorfun, ümumilikdə Alyaskanın müharibəyə hazır olduğunu gözləmək olar.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   F-22  

ABŞ HHQ niyə daha 24 ədəd F-22 istifadəyə verdi?

2019/10/54730-1570793551.jpg
Oxunub: 505     14:02     12 Oktyabr 2019    