ABŞ HHQ Çinə qarşı müharibədə hansı strategiyanı izləyəcək?

2019/10/38993-1570793482.jpg
Oxunub: 431     15:30     14 Oktyabr 2019    
Ötən ilin noyabrında Pentaqonun mətbuat xidməti ABŞ Hərbi Hava Qüvvələrinin Sakit okeanla bağlı müharibə planında dəyişikliyə getdiyini bildirdi. HHQ-nin Sakit okean üzrə komandiri, general Çarles Braun buna aydınlıq gətirərkən söyləyib ki, o, potensial müharibə zamanı düşməni usandırmaq üçün bazalar arasında sürətli hərəkət edə biləcək döyüş təyyarələrindən ibarət kiçik qrupların formalaşdırılmasını istəyir. Onun fikrincə, bu qruplar eynisini rəqibin Amerikanın kommunikasiyasını pozmağa çalışdığı anda da etməyi bacarmalıdır.

“Bəs biz düşmən üçün hadisələri daha çıxılmaz vəziyyətə gətirmək üçün bu kiçik qrupları necə sürətli hərəkət etdirə bilərik? Daha sonra həm də onlar sərt, çətin mühütdə necə əməliyyat apara biləcək? Çünki mən kommunikasiyamın bütün əməliyyatlar zamanı işlək qala biləcəyinə zəmanət verə bilmərəm”, - deyə Braun cavabsız suallar qoyub.

Lakin Braunun qeyd etdiyi ideya əslində heç də yeni deyil. Bu fikir həm HHQ-nin, həm donanmanın, həm də Quru Qoşunlarının intellektual dairələrində illərdir ki, dolaşır. Braun bildirib ki, o, öz sələfi general Terrens O’Şauqnessinin dəstəklədiyi, Sakit Okean HHQ-nin strategiyasını əməliyyat vəziyyətinə gətirməyə çalışır. Bölünmüş qüvvələr və müstəqil komandanlıqla bağlı ideyalar ABŞ-ın hava gücünü daha elastik və sərt etmək istiqamətində müəyyən fikirlər meydana gətirə bilər.

2013-cü ildə ABŞ HHQ-nin Alyaskada yerləşən 3 saylı qanadı özünün 40 ədəd F-22 “Raptor” stels təyyarəsinin ən səmərəli istifadəsi üçün yeni yol düşündü. Metodun məğzi bundan ibarət idi ki, ənənəvi olaraq 20 ədədlik təyyarə eskadrilyasının və yaxud bütövlükdə 40 təyyarənin yerləşdirilməsindənsə, 4 təyyarəlik F-22 qrupları və əlavə 1 ədəd C-17 karqo təyyarəsi Sakit okean regionunun müəyyən bir hissəsinə göndəriləcək.

O zaman bu ideyaya “Sürətli Raptor” adı verildi və ABŞ HHQ-nin komandanı general Mark Uelşə təqdim edildi. Tezliklə F-22-lərdən ibarət bütün 6 eskadrilya “Sürətli Raptor” konsepsiyasını mənimsədi. 2016-cı ilin aprelində isə Floridadakı 95 saylı Qırıcı təyyarə eskadrilyası Şərqi Avropaya bir cüt F-22 göndərdi. Bu zaman məqsəd Rusiyanın çəkindirilməsi idi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   HHQ   Çin  

ABŞ HHQ Çinə qarşı müharibədə hansı strategiyanı izləyəcək?

2019/10/38993-1570793482.jpg
Oxunub: 432     15:30     14 Oktyabr 2019    