ABŞ donanmasının Rusiyanın 200 knotluq torpedosu kimi heç nəyi yoxdur

2019/10/RTX6R-1570792375.jpg
Oxunub: 559     16:21     14 Oktyabr 2019    
2004-cü ildə Almaniya müdafiə kontraktoru “Diehl-BGT” texnologiya demostratoru “Barracuda”nın 194 knot (359 km/saat) sürətlə hərəkət edə bildiyini açıqladı. “Barracuda” sualtı qayıqlardan, adi gəmilərdən atıla bilir və onun sınaq modelləri həm düz, həm də dalğalı cığır izləyə bilirdi. Buna baxmayaraq proqram heç vaxt bazara çıxarılmadı. Təsəvvür edin ki, qəflətən öz sələfindən 6 dəfə daha sürətli gedə bilən bir silah ortaya çıxır. Belə bir sistemin şoku öz başına bütünlükdə müharibə meydanını çevirə bilər. Potensial rəqiblər müdafiəsiz olduqları bu yeni silaha qarşı əks tədbirlər görmək üçün təşvişə düşərlər. Böyük güclər yarışındakı ləngimə bu yeni texnologiyanın təsirini gecikdirsə də, supertorpedo bəlkə də yaxın zamanlarda ortaya çıxa bilər.

Soyuq Müharibə zamanı Sovet İttifaqı Amerikanın dəniz qüvvələrindəki üstünlüyünü zəiflətmək üçün sualtı qayıqlardan ibarət filotiliyasına geniş şəkildə arxalanırdı. ABŞ donanmasının yeganə tapşırığı mümkün III Dünya Müharibəsi zamanı Avropaya hərbi qüvvələrin yerləşdirilməsi prosesinin təhlükəsizliyini təmin etmək yox, həm də birbaşa Sovet İttifaqını təhdid etmək, onun ballistik raket sualtı qayıqlarını ovlamaq idi. SSRİ əvvəllərdə xeyli sayda dizel elektrik sualtı qayıqlarından istifadə edirdi, daha sonra qabaqcıl atom sualtı gəmilərinə keçid etdi.

Sovet İttifaqının əldə etdiyi ən innovativ sualtı silahlardan biri VA-111 “Şkval” torpedosu idi. Çox ciddi məxfiliyi qorunan “Şkval” demək olar ki, Soyuq Müharibənin bitməsindən əvvəl bilinmirdi və yalnız 1990-cı illərin ortalarında ictimaiyyətə məlum oldu. Raket mühərikindən istifadə edən torpedo saat 370 kilometr (200 knot) məsafə qət edə bilirdi. Bəs fiziklərin əksər gəmilər və sualtı qayıqların 50 knot (93 km/saat) sürətdən o tərəf gedə bilməyəcəyindən əmin olduğu dünyada rus mühəndislər belə bir sürətə necə nail oldular.

Ənənəvi olaraq torpedolar itələmə üçün propollerlərdən istifadə edir. Digər tərəfdən “Şkval” raket mühərrikindən istifadə edir. Bu özü təkbaşına onu sürətli edə bilərdi, lakin suda üzmək ciddi sürtünmə problemləri yaradır. Həlli isə suyu torpedonun getdiyi yoldan kənarlaşdırmaqdır. Lakin kimsə okeanın ortasında üzən torpedonun yolundan suyu necə kənara çəkə bilər?

Bunun da həlli məlumdur: maye suyu qaza buxarlandır. “Şkval” bu problemi burnundan isti raket tüstüsü buraxmaqla həll etdi. Bu isə onun qarşısındakı suyu buxara çevirirdi. Torpedo irəlilədikcə suyu buxarlandırmağa davam edir və sıx qaz şarcıqları yaradırdı. Qaz mühütündə hərəkət zamanı isə daha az sürtünmə qüvvəsi ilə üzləşmək mümkündür.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya   Şkval  

ABŞ donanmasının Rusiyanın 200 knotluq torpedosu kimi heç nəyi yoxdur

2019/10/RTX6R-1570792375.jpg
Oxunub: 560     16:21     14 Oktyabr 2019    