ABŞ donanmasına məxsus P-8-lərin parlaq gələcəyi var

2019/10/robli-1570791906.jpg
Oxunub: 598     16:52     11 Oktyabr 2019    
Yapon fotoqraf Yaponiyanın Okinava prefekturasındakı Kadena aviabazasına enən və qalxan P-8 “Poseidon” patrul təyyarəsinin fotolarını lentə alaraq “Twitter” hesabından paylaşdı. Fotolardan təyyarədə APS-154 sahil müşahidəsi radar sisteminin olduğu nəzərə çarpırdı. APS-154 P-8 ABŞ Hərbi Hava Qüvvələrinin E-8 radar təyyarələri ilə eyni imkanlara malik platformaya çevriləcək.

VP-5 donanmanın 15 patrul eskadrilyasından biridir. Bölmələr dünyanın hər yerində sualtı qayıq əleyhinə, suüstü müharibə patrulları yerləşdirir. APS-154-lə birlikdə bütün eskadrilyalar həm də qurudakı hədəfləri aşkarlaya və izləyə bilirlər. VP-5-in ən yeni yerləşdirilmələrindən birində ABŞ HHQ-nin B-59-ları ilə birlikdə uçan P-8-lərin Quam adası yaxınlığında təlim keçən “Ronald Reyqan” aviadaşıyıcısına endirilməsi də var idi.

ABŞ donanması demək olar ki, bütün 122 P-8 təyyarəsini “Boeing”dən alıb və bunun üçün 33 milyard dollar vəsait xərcləyib. İkimühərrikli bu təyyarə 737 hava laynerinin yeni variantıdır. O, turbo mühərrikli P-3 patrul təyyarələrini əvəzlədi. P-3 APS-154-ün daha köhnə versiyasını daşıyırdı.

“Bildirilir ki, ona qoşulan o qədər həssasdır ki, hətta açıq landşatf üstündə hərəkət edən insanları görə bilir. Sistemin sürəti də iki dəfə daha yüksəkdir. O, 360 dərəcədə istifadəçiyə iki dəfə sürətli əməliyyat imkanı qazandırır. Bu isə öz növbəsində çox böyük miqdarda infomasiyanın toplanmasına imkan verəcək”, - deyə Tayler Roqovey bildirib.

P-8 və APS-154-ü bir-birilə inteqrasiya etməklə ABŞ donanması Hərbi Hava Qüvvələrindən çox müxtəlif strategiya yeridir. Onillərdir ki, ABŞ HHQ-nin E-8-i eyni növ hədəflərin izlənməsi üçün istifadə edilir. Halbuki bunu P-8-lərin daha rahat şəkildə həyata keçirə bilər. Lakin ABŞ HHQ E-8-lərin yüksək intensiv müharibə qabiliyətindən əmin deyil, ona görə də bu il 17 ədəd E-8 çıxarmağı planlaşdırır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   HDD   P-8  

ABŞ donanmasına məxsus P-8-lərin parlaq gələcəyi var

2019/10/robli-1570791906.jpg
Oxunub: 601     16:52     11 Oktyabr 2019    