ABŞ ballistik raketlərinin yüksək texnoloji “beyni”

2019/10/10770-1570789905.jpg
Oxunub: 388     19:28     11 Oktyabr 2019    
Soyuq Müharibənin şərtləri ABŞ-a və Sovet İttifaqına getdikcə inkişaf etmiş silahlar yaratmaq üçün daim təzyiq göstərirdi. Ən təhlükəli silahlar nüvə yüklərini minlərlə kilometr məsafəyə çatdıra bilən qitələrarası balistik raketlər idi.

Bir ballistik raket dəqiq idarəetmə silahı olması üçün naviqasiya sistemi - mövqeyini, sürətini və istiqamətini daim nəzarətdə saxlayan “beyin” ilə təchiz olunmalıdır.

Bu cür naviqasiya sistemlərindən birinin Soyuq Müharibə dövrünə aid hərbi texnologiyanın zirvəsi olduğu düşünülür.

Bu “qiyamət günü naviqatoru”nun adı “Advanced Inertial Referans Sphere” idi və üksək dəqiqlikli LGM-118A raketində naviqasiya üçün istifadə edilirdi.

20-ci əsrin sonlarında Birləşmiş Ştatlar tərəfindən yığılmış kütləvi qırğın silahlarını kataloqlaşdırmış fotoqraf və müəllif Martin Millerin kitabında bu naviqatorun da fotosu yer alıb.

Miller “Advanced Inertial Referation Sphere” naviqator sisteminin yaxından fotosunu çəkib.

Modulda xarici qabığın içərisində flüorkarbon mayesində üzən bir berilyum sferasından ibarət olan üç akselerometr və üç hiroskop olduğu görünür ki, bu da sferanın istənilən istiqamətdə dönməsinə imkan yaradır.

LGM-118A raketlərinin istehsalı ilk dəfə 1971-ci ildə başlayıb. Əvvəlcə 100 raket üçün planlar mövcud olsa da, 1984-cü ildə onların sayı 50-yə çatdı. Sonuncu belə raket 2005-ci ilin sentyabrında istismara verildi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   LGM-118A  

ABŞ ballistik raketlərinin yüksək texnoloji “beyni”

2019/10/10770-1570789905.jpg
Oxunub: 391     19:28     11 Oktyabr 2019    